Ölümcül "donuz qripi"nə qarşı profilaktik tədbirlər gücləndirilib - VİDEO

Ölümcül "donuz qripi"nə qarşı profilaktik tədbirlər gücləndirilib -  VİDEO
Son günlər qonşu ölkə mediyalarında H1 N1 virusu, "donuz qripi"nin yayılması ilə bağlı gedən məlumatlar 
insanlarda, xüsusən də sərhədyanı ərazidə yaşayan sakinlərdə təşviş yaradıb. Hələlik Azərbaycanda bu xəstəlik 
aşkar olunmasa da, qonşu Gürcüstan və Rusiya ilə sərhəddə yerləşən Zaqatala və Balakən rayonlarında 
profilaktik tədbirlər gücləndirilib. Respublikanın hər yerində təhsil ocaqlarında dezinfeksiya işləri aparılır.
 Sfera.az Kəpəz TV-yə (Region TV) istinadən bildirir ki, Qəbələ rayonunun Nic qəsəbəsində isə əhalinin 
əsas məşğuliyyət sahələrindən biri donuzçuluq olduğundan, ehtiyat tədbirləri gücləndirilib.
Əhalinin əsas məşğuliyyət sahələrindən biri donuzçuluq olan Qəbələ rayonunun Nic qəsəbəsində ümumilikdə 
1500 başa yaxın donuz saxlanılır. Əvvəllər əhali bu heyvanları açıq şəraitdə saxlayırdı. 2008-ci ildə isə
 kənddə xəstəlik yayıldıqdan sonra bütün donuzlar məhv edildi. Son bir neçə il ərzində bu təsərrüfat yenidən
 dirçəlməyə başladı. Donuzçuluq təsərrüfatları baytar həkimlərin birbaşa nəzarəti altında fəaliyyətlərini
 davam etdirirlər. Ancaq qonşu ölkələrdə donuz qripinin yayılmasından sonra bu kənddə profilaktik tədbirlər
 gücləndirilib. Donuzçuluq təsərrüfatlarında mütəmadi reydlər keçirilir və sahibkarlar maarifləndirilir. 
Sahibkarlara donuzların saxlanılması, qulluq qaydaları izah olunur, bu qaydalara ciddi riayət olunması barədə xəbərdarlıqlar edilir.
Bura donuzlar əsasən İsmayıllının İvanovka qəsəbəsindən gətirilir. Hər bir heyvan xüsusi müayinədən keçir, 
hər hansı xəstəlik aşkarlanmadığı təqdirdə sürüyə qatılmasına icazə verilir. Bu işdə fermerlər də baytarlarla 
yaxından əməkdaşlıq edir, şübhə doğuran hallar müşahidə edildikdə dərhal əlaqədar qurumlara məlumat verilir. Xəstəxanalarda da səhiyyə işçiləri gücləndirilmiş iş rejimində fəaliyyət göstərir. Xüsusən də sərhədyanı 
ərazidə yerləşən Zaqatala rayonunda qrip kimi infeksional kəskin respirator xəstəliklərinin müalicəsi və 
profilaktikası məqsədi ilə lazımi tədbirlər görülür.
Səhiyyə nazirliyi məktəb və bağçalarda dezinfeksiya işlərinə start verdi. Aparılan bu tədbirlərin məktəblərdə 
tətil günlərinə təsadüf etməsi, dezinfeksiya işlərinin təhsilə təsiri olmadan uyğun şəraitdə aparılmasına 
şərait yaratdı. Rayon Gigiyena və Epidemiologiya mərkəzi tərəfindən məktəblərə sözügedən qirpdən 
qorunma yolları blankı paylanılıb. Həmin məlumatlar məktəbin müxtəlif yerlərinə asılıb. Bu məlumatda 
şagirdlərin və müəllimlərin, ümumilikdə kollektivin xüsusilə diqqətli olmaları tövsiyyə olunur.
Bundan əlavə, GEM tərəfindən dezinfeksiya işlərinin aparılması üçün müəssisələrə xüsusi dərman preparatları
 da verilib. Gigiyena və Epidemiologiya mərkəzinin məlumatına görə, hazırda şimal-qərb bölgəsinin epidemioloji
 vəziyyəti daim nəzarət altında saxlanılır. Hazırda rayonda "donuz qripi"nə yoluxmuş hər hansı bir şəxs 
qeydiyyata alınmayıb.

OXŞAR XƏBƏRLƏR

Əli Həsənov ittihamlara CAVAB VERDİ: "Şahbaz adlı adam tanımıram"

"Mən Xural TV-yə baxmıram, o, adamla da əlaqədar heç bir şey demirəm”.  Sfera.az xəbər verir ki, bu sözləri Demokrat.az-a açıqlamasında Qaçqınları...

Baş redaktor sirkə turşusu içib zəhərləndi – Ağır vəziyyətdə xəstəxanaya yerləşdirildi

Bakıda jurnalist Nəsimi Şərəfxanlı evində sirkə turşusu içərək zəhərlənib.  Sfera.az xəbər verir ki, o, dərhal Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbə...

Prezidentlər mətbuata bəyanatlarla çıxış etdi - TAM MƏTN

Mayın 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Litva Respublikasının Prezidenti Gitanas Nauseda mətbuata bəyanatlarla çıxış ediblər. Pr...

Son sutkada koronavirusa yoluxanların sayı AÇIQLANDI - ÖLƏN VAR

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 5 yeni yoluxma faktı qeydə alınıb, 12 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ...

Paytaxtda “axşambazarı”na maraq artıb: Qiymət fərqi nə qədərdir? - VİDEO

Son aylar bahalaşma ilə əlaqədar istehlakçılar xüsusilə "axşambazarı”na üstünlük verirlər. Bəs "axşambazarı”ndakı qiymət fərqi nə qədərdir? Doğrudanmı səhər əly...

Mərkəzi Bankdan dollarla bağlı RƏSMİ MƏLUMAT

Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələrinə əsasən, ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat olub. Sfera.az xəbər verir k...