“Lotu Quli”nin sağlığında etiraz etdiyi proses gerçəkləşir - "Oğru aləmi"ndə qaydalar DƏYİŞDİ

“Lotu Quli”nin sağlığında etiraz etdiyi proses gerçəkləşir -
Mərhum Hikmət Sabirabadskinin qardaşı oğluna qanuni oğru titulu veriləcək. 

Sfera.az bildirir ki, Gundem.az-a daxil olan məlumata görə, bu, Antalyada baş tutacaq. Məmmədqulu Muxtarovun taclandırılmasında məşhur qanuni oğru, Rövşən Lənkəranskinin ən yaxın adamı olan Şeyx Həmzət də iştirak edəcək. Məmmədquluya  oğru adnın verilməsinin təşəbbüskarı da məhz Həmzatdır.

Xatırladaq ki, Xamzat Qastamirov 22 aprel 1975-ci ildə Çeçenistanın paytaxtı Qroznıda anadan olub. Kriminal aləmdə "Şeyx Xəmzət" ləqəbi ilə tanınır. 

O, hazırda Almaniyanın paytaxtı Berlində yaşayır. İndiyədək Bakıda, Moskvada və yaşadığı Berlində həbsdə olub. Bayıl türməsində Azərbaycan dilini öyrənib. Azərbaycanda sonuncu dəfə 2016-cı ilin avqustunda, Türkiyənin İstanbul şəhərində qətlə yetirilən "qanuni oğru" Rövşən Lənkəranskinin yas mərasimində görünüb. 

O, dəfn mərasimindən qayıdarkən Bakıda hüquq-mühafizə orqanları tərəfindən saxlanılsa da, heç bir təqsiri olmadığından sərbəst buraxılıb. Hazırda oğru aləminin Avropa kassasının nəzarətçisi kimi tanınır, Şeyx Xamzat Rövşən Canıyevin mənəvi qardaşı və varisi hesab olunur.

Təsadüfi deyil ki, Lənkəranskinin vəfatından sonra onun mülklərinə nəzarət məhz ona keçib. 

Bir məqamı da qeyd edək ki, hələ bir neçə il əvvəl Türkiyədə məşhur kriminal avtoritet "Kor Hüseyn” iki nəfərə "qanuni oğru” adı vermək istəmişdi. "Kor Hüseyn” öz ad günündə İlyuxa Qaqauzski və Məmmədqulu Muxtarova "qanuni oğru” adı verməyi planlaşdırıbmış. Amma Bakıdan gələn xəbərdarlıqdan sonra bu istəyindən əl çəkib. 

Həmin vaxt "Lotu Quli” "Kor Hüseyn”ə onun başının üstündən heç bir azərbaycanlıya "qanuni oğru” adı verilməsinin mümkün olmayacağını çatdırıb. "Quli”nin hədəsindən sonra "Kor Hüseyn” taclandırmanı təxirə salmışdı.


OXŞAR XƏBƏRLƏR

Qazini döyən şəxs cənnətdə 420 minə torpaq "alıbmış" - TƏFƏRRÜAT

Qarabağ qazisi Ceyhun Məhərrəmovun mayın 3-də evinin girişində bir qrup şəxs tərəfindən döyülməsi ilə bağlı təfərrüatlar məlum olub.   Sfera.az ...

Şiddətə meyilli polislər psixoloji testlərdən necə keçirlər? - AÇIQLAMA

Ötən gün  Bakıda nişanlısını öldürüb ardınca özü intihar edən, bundan qabaq da həyat yoldaşını polis mərkəzində öldürən polis...   Son günlər cinayə...

Nərminin qətlində aralanmayan SİRR PƏRDƏSİ - Daha bir ziddiyyətli ifadə...

Bu gün Gəncə Ağır Cinayətlər Məhkəməsində Tovuz rayonunda 10 yaşlı Nərmin Quliyevanı qətlə yetirməkdə təqsirləndirilən İlkin Süleymanovun cinayət işi üzrə növbə...

“Qanuni oğru” adı alan 52 azərbaycanlı – SİYAHI

Azərbaycan hərbi yolla Rusiya İmperiyasının, ardınca isə Sovet İttifaqının tərkibinə daxil edildikdən sonra imperiyanın mərkəzində baş verən proseslər ucqarlara...

“İlkin həmin gün saat 1-ə kimi...” — “Nərmin işi”ndə müəmmalı İFADƏ

Tovuzun Dondar Quşçu kəndində öldürülən 10 yaşlı Nərmin Quliyevanın qətli ilə bağlı məhkəmə araşdırması davam etdirilir.   Sfera.az xəbər verir ki, so...

Qatilin canlı efirdə soyuqqanlı çıxışı - 7 il sonra tutuldu - VİDEO

Bu gün Baş Prokurorluq və Daxili İşlər Nazirliyi 7 il əvvəl baş verən dəhşətli qətlin təfərrüatını açıqlayıb. Məlum olub ki, qətldə şübhəli bilinən şəxs, m...