Ölkə sərt karantinə gedir? – Deputatdan açıqlama

Ölkə sərt karantinə gedir? – Deputatdan açıqlama
Son günlər koronavirusa yoluxmada ciddi artımın müşahidə edilməsi sərt karantin rejiminin tətbiq ediləcəyi ilə bağlı narahatlıqları artırıb.

Yoluxma sayındaki kəskin artım dinamikası yenidən qapanmalara səbəb ola bilərmi?

Mövzu ilə bağlı Sfera.az-a danışan deputat Rüfət Quliyev sərt karantin rejimin tətbiq edilməsi ilə bağlı zərurətin olmadığını deyib:

"Bugünkü vəziyyət onu göstərir ki, Avropanın ən qabaqcıl ölkələrində yoluxma sayı artsa da, heç bir qapanma tədbirləri görülmür. Hətta Danimarkada karantin rejimi ümumiyyətlə ləğv edilib. Vaksinasiyanın aparıldığı ölkələrdə virusa yoluxan şəxslərin xəstəliyi yüngül keçirdiyi müşahidə edilməkdədir. İqtisadi baxımdan da sərt karantin rejiminin əleyhinəyəm. İkinci dəfə sərt karantinin tətbiq edilməsinə heç bir ölkə dözə bilməyəcək. Sərhədlərin, iş yerlərinin bağlanması infilyasiya ilə nəticələnə bilər ki, dünya buna hazır deyil".
 
Millət vəkili tibb müəssisələrinin koronavirusa yoluxmuş xəstələri yerləşdirməkdə çətinlik çəkmədiyini də sözlərinə əlavə edib:

"Azərbaycanda vaksinasiya sürətli gedir və ölüm halları çox deyil. Düşünürəm ki, yoluxma sayı artsa da, tibb müəssisələrimizin gücü bunu qarşılamağa yetəcək vəziyyətdədir. Bu baxımdan qapanmanın olmasına ehtiyac yoxdur. İnsanları ən sadə gigiyenik qaydalara riayət etməyə, maska taxmağa, məsafə qorumağa çağırıram. Ölkə üzrə vaksinasiya faizi 80-90 faizə çatdıqda yoluxma sayının artması bizə ümumiyyətlə təsir etməyəcək".
 
Əzizə Zeynal
 

OXŞAR XƏBƏRLƏR

Yeni bir virus Avropanı ağuşuna alır: "Meymun çiçəyi" pandemiyaya çevrilə bilər?

Dünyada yayılan yeni virus elm adamlarının narahatlığına səbəb olub.   Sfera.az bildirir ki, adətən Afrika qitəsində rast gəlinən bir xəstəlik olan "monk...

Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı AÇIQLANDI

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 11 yeni yoluxma faktı qeydə alınıb, 3 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ...

Ramazan sonrası hansı şəkildə qidalanmaq lazımdır – Mütəxəssisdən AÇIQLAMA

Məlum olduğu kimi Ramazan ayı boyunca oruc olan şəxslər gün ərzində normal qidalana bilmir. 1 ay ərzində saatlarla davam edən aclıq və susuzluq sonradan bəzi şə...

İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfinə DƏYİŞİKLİKLƏR ediləcək

Agentlik tərəfindən Xidmətlər Zərfinə dəyişikliyin edilməsi barədə layihə hazırlanıb və aidiyyəti quruma təqdim olunub. Bunu İcbari Tibbi Sığorta üzrə Döv...

Son sutkada yoluxanların sayı AÇIQLANDI - FOTO

Azərbaycanda bu gün koronavirus infeksiyasına 16 yeni yoluxma faktı qeydə alınıb, 20 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Sfera.az xəbər verir ki,...

Yoluxanların sayı açıqlandı

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 6 yeni yoluxma faktı qeydə alınıb, 4 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ ...