Emin Əmrullayevin əmri ilə kurikulum LƏĞV EDİLDİ

Emin Əmrullayevin əmri ilə kurikulum LƏĞV EDİLDİ
Təhsil naziri Emin Əmrullayev "Məktəbəqədər təhsil proqramı (kurikulum)”u təsdiqləyib.

Sfera.az xəbər verir ki, bu barədə təhsil naziri əmr imzalayıb.

Əmrə əsasən, Təhsil Nazirliyinin 1998-ci ildə təsdiq edilmiş "Məktəbəqədər müəssisələrdə tərbiyə və təlim proqramı” və Nazirliyin 10 iyul 2012-ci il tarixli 1329 nömrəli əmri ilə təsdiq olunmuş "Azərbaycan Respublikasında məktəbəqədər təhsil proqramı (kurikulumu) (3-6 yaş)” ləğv edilib.

Təhsil İnstitutuna (Rüfət Əzizov) "Məktəbəqədər təhsil proqramı (kurikulum)”nın əsasında metodiki tövsiyələrin hazırlanmasını təmin etmək tapşırılıb.
Əmrin icrasına nəzarət nazir müavini Firudin Qurbanova həvalə olunub.

Qeyd edək ki, ləğv edilən qərarı sabiq Təhsil naziri Misir Mərdanov imzalamışdı.
 

OXŞAR XƏBƏRLƏR

DİQQƏT! Birinci sinfə şagird qəbulu üzrə məktəb seçimi başlayır

Bu gündən Azərbaycan bölməsi üzrə məktəb seçiminə başlanılır.   Sfera.az xəbər verir ki, bu gündən həmçinin dövlət ümumi təhsil müəssisələrinin tədris...

Nazirdən “Son zəng”lə bağlı AÇIQLAMA

Təhsil naziri Emin Əmrullayev bu il orta məktəblərdə "Son zəng" tədbirlərinin keçirilib-keçirilməyəcəyi haqqında sualı cavablandırıb.  Sfera.az-ın mə...

Elm ocağı, yoxsa kriminal ünsür məkanı... - Üzərində kəsici alət gəzdirən məktəblilərə görə kim məsuliyyət daşıyır?

Ötən gün Siyəzən rayonunda orta məktəbdə bıçaqlanma hadisəsi olub. Həmin məktəbin 9-cu sinif şagirdi olan Aydın (şərti) 10-cu sinifdə oxuyan Tamerlanı (şərti) b...

Emin Əmrullayevin əmri ilə kurikulum LƏĞV EDİLDİ

Təhsil naziri Emin Əmrullayev "Məktəbəqədər təhsil proqramı (kurikulum)”u təsdiqləyib. Sfera.az xəbər verir ki, bu barədə təhsil naziri əmr imza...

Rusiya diplomları artıq dünyada tanınmayacaq

Rusiya təhsil diplomları artıq dünyada tanınmayacaq.   Sfera.az xəbər verir ki, bu barədə Kollegial Biznes Məktəblərinin İnkişafı Assosiasiyası, Biznes ...

Ukraynadakı azərbaycanlı tələbələrin aqibəti necə olacaq? – AÇIQLAMA

"Ukraynada yaşayan azərbaycanlı tələbələrin siyahısı hazırlanmalı, onlar Azərbaycandakı universitetlərə köçürülməlidir”.   Bunu Sfera.az-a açıqlamasında ...