Kürdəmirdə ağır qəza: ölənlər var

15:25 / 23.04.2022
1129
Kürdəmir rayonunda ağır yol qəzası baş verib, ölənlər var.
Belə ki, "Toyota" markalı avtomobil idarəetmədən çıxaraq yol kənarındakı beton lövhəyə çırpılıb. Nəticədə sürücü və onun sərnişini hadisə yerində dünyasını dəyişib.
Meyitlər müayinə olunmaq üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertizası və Pataloji Anatomiya Birliyinin Kürdəmir rayon şöbəsinə aparılıb.