Kreml Ukraynada Armegedon planını işə saldı: Partlayış olsa neo-Çernobıl baş verə bilər!

Kreml Ukraynada Armegedon planını işə saldı: Partlayış olsa neo-Çernobıl baş verə bilər!
Xəbər verdiyimiz kimi, ötən gecə Rusiya hərbçiləri Ukraynanın Zaporojye Atom Elektrik Stansiyasının ilk enerji blokuna daxil olub. Rusların açdığı atəş nəticəsində AES-in təlim korpusunda yanğın baş verib. Yanğın lokallaşdırılsa da, real təhlükənin hələ də davam etdiyi bildirilir.

Rusiyanın Zaporojye Atom Elektrik Stansiyasın ələ keçirməkdə məqsədi nədir? Stansiyada ehtimal bir partlayışın fəsadları ətraf ölkələrə necə təsir edəcək? 

Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən siyasi məsələlər üzrə ekspert Turab Rzayev deyib ki, Zaporojye AES hazırda Avropanın ən böyük AES-idir.

"Zaporojye AES Ukraynanın atom elektrik istehsalının yarısını, ölkədəki ümumi elektrik istehsalının isə 20 faizini təmin edir. Göründüyü kimi, rus qoşunları AES-i ələ keçirərək Ukraynanı işıqsız qoymaq istəyir. Rəsmi Moskva bununla həm strateji üstünlük, həm də əlavə təziq rıçaqları qazanmağı hədəfləyir. Stansiyada baş verəcək ehtimal partlayışla bağlı isə deyə bilərəm ki, bu baş versə, başda Ukrayna olmaqla regionun digər ölkələri, hətta Rusiyanın özü də ciddi ekoloji fəlakətlə üzləşə bilər. 

Məsələ ondadır ki, Zaporojye AES-də baş verəcək ehtimal bir partlayış Çernobıldan 10 qat daha güclü olacaq. Nəzərə almaq lazımdır ki, Çernobıl fəlakətinin fəsadları hələ də aradan qaldırılmayıb. 

Verilən məlumatlardan da aydın olur ki, nüvə yanacağı hələ də nüvə reaktorunun içərisindədir. Bu uran və nüvə yanacağı olan birləşmələrin hələ də aktiv olduğu mənasına gəlir. Yəni partlayış təhlükəsi hələ də qalmaqdadır”.

Turan Rzayev

OXŞAR XƏBƏRLƏR