Kişilərin xəstəliyə daha dözümsüz olmasının səbəbləri açıqlandı

Kişilərin xəstəliyə daha dözümsüz olmasının səbəbləri açıqlandı
Qadınlar təbiətən ağrı və xəstəliklərlə mübarizədə daha dözümlü və səbirlidirlər, onlar daha tez sağalırlar.

Bu barədə Moskva Səhiyyə Departamentinin baş mütəxəssisi Andrey Tyajelnikov kişilərin qızdırmaya niyə qadınlardan daha davamsız olduğunu izah edərkən bildirib.

Həkimin sözlərinə görə, kişilərə hətta soyuqdəymələrə dözmək daha çətindir. O, bunun bir səbəbi kimi erkən yaşdan pis vərdişlərin olması və vaxtında tibbi müayinəyə az diqqət yetirilməsini göstərib. Həkim bildirib ki, bu hal fəsadların artmasına şərait yaradır.

"Hesab olunur ki, kişilər xəstə olanda vəziyyətlərinin ağırlığını bir qədər şişirdirlər. Çox vaxt bu hətta lağlağı mövzusuna çevrilir. Bu, qadınların təbiətcə daha iradəli, ağrı və xəstəliklərə daha dözümlü olması ilə izah olunur. Bu qismən doğrudur”, - deyə Tyajelnikov bildirib.

O, izah edib ki, qadın orqanizmi uşaq dünyaya gətirməyə uyğun yaradılıb və hormonların təsiri ilə qorunur, ona görə də reproduktiv yaşda olan qadınlarda infarkt və insult daha az olur. Həkim əlavə edib ki, qadının immuniteti patogen mikroblara daha aktiv reaksiya verir, ona görə də virus infeksiyaların öhdəsindən gəlmək daha asandır.

Sonda Tyajelnikov kişilərə xəstəliyin fəsadlarının qarşısını almaq üçün sağlamlıq və profilaktikaya daha çox diqqət yetirməyi, həmçinin pis vərdişlərdən imtina etməyi tövsiyə edib.

Mənbə: RİA Novosti

OXŞAR XƏBƏRLƏR

Yeni bir virus Avropanı ağuşuna alır: "Meymun çiçəyi" pandemiyaya çevrilə bilər?

Dünyada yayılan yeni virus elm adamlarının narahatlığına səbəb olub.   Sfera.az bildirir ki, adətən Afrika qitəsində rast gəlinən bir xəstəlik olan "monk...

DİQQƏT: Bu xəstəlikləri olan şəxslər müəllim işləyə bilməz

Bir sıra hallarla yanaşı, müəyyən xəstəlik və əlamətlərə sahib şəxslərin də pedaqoji fəaliyyətlə məşğul olması mümkün deyil. Belə ki, "Pedaqoji fəaliyyətl...

Azərbaycanda vaksinasiya ilə bağlı SON VƏZİYYƏT

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 3 530 vaksin vurulub. Nazirlər Kabineti yanında Operativ Qərargahdan Sfera.az-a verilən məlumata ...

Uşaqlar arasında yayılan virusla bağlı AÇIQLAMA

Son günlər Azərbaycanda yoluxucu xəstəliklər yayılıb. Bu xəstəlik daha çox azyaşlılarda müşahidə olunsa da, virus sürətlə yayılır və böyüklərə də keçir. Virusa ...

128 yaşlı qadın sirrini açıqladı – “Bu iki qida məni saxlayıb…”

Dünyanın ən yaşlı insanı kimi tanınan cənubi afrikalı Yohanna Mazibukonun bu yaxınlarda 128 yaşı tamam olub.    Sfera.az xəbər verir ki, qarğıdalı f...

Azərbaycanda son sutkada yoluxanların sayı AÇIQLANDI

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 5 yeni yoluxma faktı qeydə alınıb, 8 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yan...