"Kinder Surprise" yumurtalarında ölümcül bakteriya aşkarlandı - Bazardan yığışdırılır

Məşhur şokolad şirkəti "Ferrero” "Kinder Surprise" yumurtalarını yığışdırmaq qərarına gəlib.
 
Sfera.az bildirir ki, buna səbəb həmin şokoladlarda "salmonella” bakteriyasının aşkarlanması olub. 

Bildirilib ki, təsirə məruz qalan məhsullar son istifadə müddəti 11 iyul 2022-ci il və 7 oktyabr 2022-ci il tarixləri arasında olan 2 partiyanı əhatə edib. Böyük Britaniya Qida Standartları Agentliyinin rəsmisi Tina Potter, "Bilirik ki, bu məhsullar kiçik uşaqlar arasında populyardır, xüsusən də, Pasxa bayramı ərəfəsində. Buna görə də uşaqların valideynlərini və qəyyumlarını evlərindəki məhsulların geri çağırılma əhatəsində olub-olmadığını yoxlamağa çağırırıq", - deyə söyləyib.

"Kinder Surprise”lərin istehsalçısı "Ferrero” şirkəti də açıqlamasında üzərində həmin istifadə tarixləri olan məhsulların yeyilməməsi və geri qaytarılmasını istəyib.

Qeyd edək ki, İngiltərədə sözügedən bakteriyaya 63 nəfər yoluxub. Onlar arasında 5-6 yaşlı uşaqların olduğu bildirilib. İngiltərədən başqa İrlandiya, Fransa, Almaniya, İsveç və Hollandiyada "salmonella”ya yoluxma hallarının görüldüyü açıqlanıb.

"Salmonella”nın simptomlarına ishal, ürəkbulanma, qusma və qızdırma daxildir. Əksər hallarda simptomlar bir neçə gün ərzində yox olsa da, xüsusilə gənclər və immun sistemi zəif olan insanlar üçün xəstəxanaya yerləşdirmə ehtiyacı yarana bilər. Həmçinin vaxtında müalicə edilmədiyi halda, salmonella ölümcül tifo xəstəliyinə çevrilə bilər.

Günay Rəsulqızı
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Yeni bir virus Avropanı ağuşuna alır: "Meymun çiçəyi" pandemiyaya çevrilə bilər?

Dünyada yayılan yeni virus elm adamlarının narahatlığına səbəb olub.   Sfera.az bildirir ki, adətən Afrika qitəsində rast gəlinən bir xəstəlik olan "monk...

Ramazan sonrası hansı şəkildə qidalanmaq lazımdır – Mütəxəssisdən AÇIQLAMA

Məlum olduğu kimi Ramazan ayı boyunca oruc olan şəxslər gün ərzində normal qidalana bilmir. 1 ay ərzində saatlarla davam edən aclıq və susuzluq sonradan bəzi şə...

Uşaqlarda aşkarlanan sirli hepatit virusu pandemiyaya çevrilə bilər? - Say artmağa davam edir…

İlk dəfə Böyük Britaniyada müşahidə edilən, sonra isə 11 ölkəyə yayılan sirli hepatit virusunun səbəbinin müəyyən edilməməsi yeni pandemiya narahatlığına səbəb ...

Satışda olan çiyələk, alça və pomidor bu xəstəliklərə səbəb ola bilər – XƏBƏRDARLIQ

"Çiyələk və alça uşaqlarda mədə-bağırsaq pozğunluğu yaradır”.   Bunu Sfera.az-a açıqlamasında pediatr Vaqif Qarayev bildirib. Həkim sözügedən giləmeyvələ...

Koronavirusdan qorunmaq istəyərkən daha böyük təhlükə... - Professordan etil spirti ilə bağlı XƏBƏRDARLIQ

"Hazırda pandemiyanın ən arzuolunmaz fəsadı insanlarda profilaktik dezinfeksiya vasitəsi kimi spirtə qarşı vərdiş halının yaranmasıdır”.   Sfera.az bildi...

Uşaqlar arasında yayılan xəstəliklər nədən qaynaqlanır?- Pediatrdan ÇAĞIRIŞ

Səhiyyə Nazirliyi tərəfindən son bir ayda uşaqlarda qusma, yüksək hərarət və ishalın müşahidə edildiyi bildirilib. Uşaqlar arasında bu halların epidemiya vəziy...