“Kafedə yeyib-içdikdən sonra...” - İş adamının qətlinin təfərrüatı

“Kafedə yeyib-içdikdən sonra...” - İş adamının qətlinin təfərrüatı
Xəbər verdiyimiz kimi, Göyçayda kafedə yeyib-içən tanışlardan biri digərini güllələyib.

Sfera.az xəbər verir ki, hadisəni törədən şəxs  şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Belə ki, dünən günorta saatlarında 43 yaşlı Cavanşir Şükürov 37 yaşlı Nicat Əliyev və digər tanışları ilə birgə kafedə yemək yeyib. Bu zaman Cavanşir Şükürovla Nicat Əliyev arasında mübahisə düşüb. Axşam saatlarında isə hirsi soyumayan Nicat yenidən Cavanşirin olduğu kafeyə gedib.
 
Rayon prokurorluğunda aparılmış araşdırmalarla zərərçəkmişin tanışı Nicat Əliyevin şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı Cavanşir Şükürova ov tüfəngi ilə atəş açaraq onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı cinayət işi başlanıb.Nicat Əliyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Verilən məlumata görə, hər iki şəxs bizneslə məşğul olub. Onların Rusiyaya meyvə satışı biznesi ilə məşğul olduğu  bildirlib.



OXŞAR XƏBƏRLƏR

Lənkəranda taksiyə müştəri qismində əyləşib evinə sürdürdü: Öldürüb, həyətində basdırdı - TƏFƏRRÜAT

Lənkəranda qətl törətməkdə təqsirləndirilən Elvin Hüseynzadəyə hökm oxunub və o, 19 il müddətinə azadlıqdan məhrum edilib.   Bu barədə "Report”a zər...

Şamili öldürüb 24 gün sonra tutulan şəxs dostu imiş... - Bakıdakı QƏTLİN TƏFƏRRÜATI

Bakıda 24 gün əvvəl törədilən qətllə bağlı bəzi məqamlar üzə çıxıb. Sfera.az xəbər verir ki, söhbət bu ilin aprel ayının 23-də paytaxtın Nərimanov rayonu ər...

“Eldar Mahmudovun adından böyük məbləğlərdə pullar tələb edirdi” – MTN işində şok ifadələr

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi Baş İstintaq İdarəsinin rəisi, general-mayor Mövlam Şıxəliyev, istintaq idarəsinin rəis müavini, 1-ci şöbənin rəisi Y...

Əməliyyat keçirildi - 202 nəfər saxlanıldı

Daxili İşlər Nazirliyi (DİN) mayın 13-də qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumatları açıqlayıb. DİN-in mətbuat xidmətindən Sfera.az-...

Sumqayıtda kirayədə qalan qadın niyə öldürülüb? - QONŞULAR DANIŞDI - VİDEO

Ötən gün Sumqayıtda gənc qadın tanışı tərəfindən boğularaq qətlə yetirilib.   Sfera.az xəbər verir ki, bu barədə Xəzər TV sujet hazırlayıb. İlkin araş...

Vilyam Hacıyevin məhkəməsində ŞOK İFADƏ: “Rüşvət yox, rüsum ödəmişəm”

Artıq uzun zamandır ki, İmişli Rayon İcra Hakimiyyətinin sabiq başçısı Vilyam Hacıyevin cinayət işi üzrə məhkəmə prosesi davam edir. Sfera.az-ın xəbərinə gö...