Kadırovçuların komandiri Ukraynada YARALANDI
19:00 / 08.05.2022
1094
Ukraynanın Luqansk vilayətindəki çeçen bölməsinin komandirlərindən biri İsmayıl Aquev yaralanıb.
Sfera.az xarici KİV-ə istinadən xəbər verir ki, o, Rubijne kəndi yaxınlığında gedən döyüş zamanı xəsarət alıb.
Məlumatda bildirilir ki, Kürçaloy rayon polis şöbəsinin sabiq rəisi ilə yanaşı daha iki çeçen polisi də yaralanıb.