"İti qovan kimi qovuruq" ifadəsi məşhur serialda - VİDEO

00:12 / 15.04.2022
1090
2020-ci il oktyabrın 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin xalqa müraciəti zamanı məşhurlaşan "İti qovan kimi qovuruq" ifadəsi "Kuruluş Osman" serialında səsləndirilib.
Sfera.az xəbər verir ki, baş rolunu Burak Özcivitin canlandırdığı serialda Azərbaycanın Vətən müharibəsindəki qələbəsindən bəhs edilib.
Ekran işində "Gəncə bəy" obrazına həyat verən Avropa çempionu Zabit Səmədovun Şuşadan müharibədən gəldiyi qeyd olunub.
O, zalım düşmənləri "İti qovan kimi qovduq " ifadəsini səsləndirib.
Həmin görüntüləri təqdim edirik: