İsrail Lavrovun açıqlamasından sonra düyməyə basdı: Ukraynaya güclü silahlar veriləcək

İsrail Lavrovun açıqlamasından sonra düyməyə basdı: Ukraynaya güclü silahlar veriləcək
Rusiya xarici işlər naziri Sergey Lavrovun açıqlamalarından sonra Rusiya ilə İsrail arasında münasibətlər gərginləşib. Lavrov İtaliya televiziyasına faşist lider Adolf Hitlerin yəhudi əsilli olduğunu düşündüyünü və ən böyük antisemit rəqiblərinin yəhudilər olduğunu bildirib. Ardınca İsrail Xarici İşlər Nazirliyi Lavrovu qınayıb. Rusiyanın İsraildəki səfiri XİN-ə çağırılıb və ondan izahat tələb edilib.

Sfera.az-ın məlumatına görə, bununla bağlı siyasi şərhçi Şahin Cəfərli deyib ki, Lavrovun Rusiya siyasi elitasındakı antisemit əhvalı  büruzə verməsindən sonra İsrail hökuməti Ukraynaya hərbi yardım göstərməyi müzakirəyə çıxarıb. Onun sözlərinə görə, İsrail tərəfindən Ukraynaya müdafiə xarakterli hərbi vasitələr təqdim olunacaq:

"Lakin bundan daha vacib qərar budur ki, İsrail hökuməti digər ölkələrin - məsələn, konkret Estoniyanın İsrail istehsalı olan silahlarını Ukraynaya verməsinə etiraz etməyəcək. Estoniya ordusunda "Spike" antitank və "Gabriel-5" gəmi əleyhinə raket sistemləri var. Əlbəttə ki, bu qərarlarda rol oynayan əsas amil Lavrovun səriştəsiz davranışı deyil. ABŞ bir müddətdir Ukraynaya kömək etməsi üçün İsrailə təzyiq göstərirdi”.

Politoloq, həmçinin Ukrayna Ali Radasının da bəzi mühüm qərarlar qəbul etdiyini xatırladıb:

"Ölkədə rusiyayönümlü siyasi partiyaların fəaliyyəti qadağan olunub, Rusiyanın "terrorizmin dəstəkçisi" kimi tanınması üçün ABŞ Konqresinə müraciət edilib. Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Danilovun Rusiya ilə sülh müqaviləsi imzalanmayacağını bildirməsi də Kiyevin öz mövqeyini sərtləşdirdiyinə dəlalət edir. Ukrayna işğal olunmuş ərazilərini azad etmək üçün müharibəni davam etdirməkdə qərarlı görünür”.

Günay Rəsulqızı
Sfera.az



OXŞAR XƏBƏRLƏR

Ermənistandakı aksiyalardakı zorakılıqlara Qərb niyə səssiz qalır? - TƏHLİL

Ermənistanda etiraz aksiyaları davam edir. Bu gün səhər saatlarından etibarən vətəndaş itaətsizliyi aksiyaları intensivləşib. Etirazçılar vaxtaşırı küçələri bağ...

Türkiyənin tələbləri yerinə yetiriləcəkmi? - "NATO çalışacaq ki..."

"Finlandiya və İsveçin NATO-ya qəbul edilməsi fonunda Türkiyə ilə yaranan polemika düşünürəm ki, öz həllini tapacaq ".   Bunu Sfera.az-a açıqlamasında po...

"Ermənistan müxalifəti çay gəlməmiş çırmanmağa başlayıb" - ŞƏRH

Ermənistanda "Müqavimət” hərəkatının koordinatorlarından biri, spikerin müavini İşxan Saqatelyan açıq şəkildə bildirib ki, Paşinyanın Qarabağ, Ermənistan-Azərba...

“KTMT “süni nəfəs aparatına” qoşulub" - NATO ilə əməkdaşlıq arzusuna REAKSİYA

Dünən Rusiyanın paytaxtında Ermənistan, Belarus, Rusiya, Qazaxıstan, Qırğızıstan, Tacikistan liderlərinin iştirakı ilə KTMT-nin sammiti keçirilib, yekun bəyanat...

Finlandiya İsveç qərarını verdi: Türkiyənin şərti nə olacaq?

Finlandiya NATO-ya qoşulacaq. Belə ki, Prezident Sauli Niinisto və baş nazir Sanna Marin rəsmi Helsinkinin müraciətini alyansa təqdim edib. Niinisto ölkəsinin N...

Kreml Bakını “KTMT tələsi”nə sala biləcəkmi? – “Bakı yayınır, Tehran isə...”

"Rusiya təklənmiş durumdadır və öz orbitinin sıralarını Ukraynaya qarşı genişləndirmək üçün dəridən-qabıqdan çıxır. Elə bu səbəbdəndir ki, Kollektiv Təhlükəsizl...