İşləyən pensiyaçılar daha çox məbləğ alacaq - İZAH

İşləyən pensiyaçılar daha çox məbləğ alacaq - İZAH
"Əmək pensiyaları haqqında” qanuna təklif edilən yeniliklərə əsasən işləyən vətəndaşların pensiyalarının hesablanması qaydasında da dəyişikliklər olacaq.
 
 
Sfera.az xəbər verir ki, iqtisadçı deputat Vüqar Bayramovun sözlərinə görə, təklif olunan yeni redaktəyə əsasən, yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir və pensiya təyin olunduqdan, yenidən hesablandıqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir:

"Pensiyaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya əmək pensiyası təyin olunduğu, yaxud bu maddəyə əsasən yenidən hesablandığı gündən sonra 6 il işlədikdə əmək pensiyası avtomatlaşdırılımış qaydada yenidən hesablanır. Bu zaman sığorta və yığım hissələrinin hesablanmasında  gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiya təyin edildikdən, yaxud yenidən hesablandıqdan sonra işlədiyi ayların sayı qədər, lakin 72 aydan çox olmamaqla azaldılır". 

"Bu dəyişikliklərin mahiyyətini sadə dildə izah etsək, işləyən pensiyaçıların yığımı avtomatik olaraq 6 ildən sonra hesabalanaraq pensiya məbləğinə əlavə olunacaq. Bununla da, pensiyanın yenidən hesablanması onların müraciəti olmadan yenidən hesablanacaq və pensiya məbləği artırılacaq. Pensiya ödəniş müddəti isə 12 il (və ya 144 ay) deyil, işlədiyi ayları sayı qədər, amma ən çox 6 il (və ya 72 ay) azaldılacaq", - deyə millət vəkili əlavə edib.
 

OXŞAR XƏBƏRLƏR

Əli Həsənov ittihamlara CAVAB VERDİ: "Şahbaz adlı adam tanımıram"

"Mən Xural TV-yə baxmıram, o, adamla da əlaqədar heç bir şey demirəm”.  Sfera.az xəbər verir ki, bu sözləri Demokrat.az-a açıqlamasında Qaçqınları...

SON DƏQİQƏ: Tanınmış jurnalistin vəfatı xəbəri yayıldı - Bu ölkədə imiş...

Tanınmış jurnalist İradə Cəlilin vəfatı ilə bağlı xəbər yayılıb.   Jurnalistin yaxınları Yenicag.az-a verdikləri açıqlamada, "Ölüm xəbəri yalandı...

Fuad Vəlixanov vəfat etdi

Tanınmış televiziyaçı, Azərbaycanın Əməkdar incəsənət xadimi Fuad Vəlixanov vəfat edib.   Sfera.az-ın məlumatına görə, xeyli vaxtdır xəstəlikdən əziyy...

FHN kapitanın minaya düşməsilə bağlı cinayət işi açıldı - RƏSMİ

Fövqəladə Hallar Nazirliyinin (FHN) zabitinin Ağdamda mina partlayışı nəticəsində xəsarətləri alması fakt üzrə rayon hərbi prokurorluğunda cinayət işi başlanılı...

"YouTube", "Facebook", "TikTok istifadəçiləri bu halda cəzalana bilər – Hüquqşunasdan AÇIQLAMA

"YouTube", "Facebook", "TikTok" və digər sosial şəbəkə platformaları artıq həyatımızın bir parçasına çevirilib. Platformalardan sadəcə istifadə edənlərlə yanaşı...

Bakı yollarındakı SON VƏZİYYƏT

Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi paytaxt yollarındakı son vəziyyətlə bağlı məlumat yayıb. Bu barədə Sfera.az-a Mə...