İrandan ABŞ-a xəbərdarlıq

İrandan ABŞ-a xəbərdarlıq
Əgər ABŞ-ın yeni hökuməti Hərtərəfli Birgə Fəaliyyət Planını (HBFP) icra etməzsə, İran tez bir zamanda nüvə fəaliyyətlərini əvvəlki formada davam etdirəcək.

Sfera.az APA-ya istinadən xəbər verir ki, bunu bu gün İranın xarici işlər nazirinin beynəlxalq və hüquq məsələləri üzrə müavini Abbas Əraqçi keçirdiyi mətbuat konfransında deyib. 

A.Əraqçi deyib ki, ABŞ-ın yeni hökumətiylə HBFP ilə bağlı heç bir müzakirə aparılmayacaq: "HBFP İranla 6 ölkə və Avropa Birliyi ilə imzalanmış çoxtərəfli razılaşmadır. ABŞ prezidenti Planı bir kənara qoymaq üçün qərar qəbul edərsə, bu onun öz işidir və bundan sonra baş verənlərlə görə də məsuliyyəti özü daşımalıdır. HBFP ilə bağlı heç bir yeni müzakirə aparılmayacaq. Əgər Onlar bu planı cıraracaqlarsa, İran bu planı yandıracaq. Əmin olun, HBFP təzyiqlərlə birgə icra olunmayacaq. Bu Planın icrasına dair öhdəlik xoş niyyətlik atmosferində baş tutacaq, təzyiqlərlə deyil. Təzyiqlər və sanksiyalar olarsa, bu öhdəliyin icra olunmaması anlamında olacaq”.

A.Əraqçi deyib ki, İranın ABŞ ilə nüvə müzakirələri başa çatıb və danışıqlar bundan sonra HBFP-nin icrasi ilə bağlı bəzi texniki məsələlərə dair olacaq. "İranın nüvə fəaliyyətləri tamamilə qanunidir və davam edir. Bu gün uranın zənginləşdirilməsi sahəsində araşdırma prosesi qabaqcıl texnologiya ilə davam etdirilir. Uranın zənginləşdirilməsi üçün yeni sentrifuqalar hazırda test olunur və MAQATE ilə əldə olunan proqrama əsasən 15 il ərzində İran sənaye zənginləşdirilməsi mərhələsinə çatacaq”.

A.Əraqçinin sözlərinə görə, Ərak nüvə reaktoru hazırda modernləşdirilir. "Ərak reaktoru modernləşdirlir və daha inkişaf etmiş reaktor quraşdırılacaq. İranın nüvə proqramı dəqiq hesablanmış cədvəl üzrə inkişaf etdirilir”.

İranın xarici işlər nazirinin müavini deyib ki, HBFP-nin icrasından sonra ötən bir il ərzində İran beynəlxalq sülh və təhlükəsizlik üçün təhlükə kimi deyil, bəlkə yeni bir simada tanınıb. "ABŞ və İranın düşmənləri İranın sülhyönümlü nüvə proqramından sui-istifadə edərək ölkəmizi beynəlxalq aləm üçün təhlükə kimi göstərirdilər. Deyirdilər ki, İran nüvə silahı əldə etmək istəyir və səs-küy salırdılar. Lakin HBFP-dən sonra bu səs-küy yatdı”.


OXŞAR XƏBƏRLƏR

Azərbaycanda ağır qəza: Ölən və yaralananlar var

Qəbələdə ağır yol-nəqliyyat hadisəsi olub. Sfera.az-ın məlumatına görə, hadisə Ağdaş-Zarağan avtomobil yolunun Qəbələ rayonu Böyük Əmili kəndi ərazisindən k...

Qubada 48 yaşlı qadın intihar etdi

Quba rayonunda 48 yaşlı qadın intihar edib. Sfera.az-ın verdiyi məlumata görə, hadisə Vladimirovka kəndində qeydə alınıb. Belə ki, Quba rayonunun ...

Hərbçilərimiz Laçının ən hündür nöqtəsinə bayrağımızı sancdılar - VİDEO

Azərbaycan hərbçiləri Laçının ən hündür zirvəsinə Azərbaycanın üçrəngli dövlət  bayrağını sancıblar.  Sfera.az xəbər verir ki, bu hadisəni əks e...

Qarabağda böyük müharibə olacaq - ABŞ kəşfiyyatı VAXT AÇIQLADI

ABŞ Milli Kəşfiyyat Agentliyi 2017-ci ildə Dağlıq Qarabağ münaqişəsi zonasında gərginliyin artacağını açıqlayıb. Sfera.az publika.az-a istinadla xəbər verir ki...

İrandan ABŞ-a xəbərdarlıq

Əgər ABŞ-ın yeni hökuməti Hərtərəfli Birgə Fəaliyyət Planını (HBFP) icra etməzsə, İran tez bir zamanda nüvə fəaliyyətlərini əvvəlki formada davam etdirəcək. ...

Əli İnsanovun həbs müddəti uzadılıb

Qaradağ rayon Məhkəməsində Azərbaycanın sabiq səhiyyə naziri Əli İnsanovun barəsində seçilmiş həbs müddətinin artırılması ilə bağlı prokurorluq orqanının təqdim...