"İran Türkiyə və Pakistanın adını çəkə bilmir deyə, İsraili bəhanə edərək onun üstünə gedir"

Sfera.az  Millət vəkili, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyevin moderator.az-a müsahibəsini təqdim edir:
 
- Qüdrət bəy, istərdik Şuşaya səfəriniz barədə təəssüratlarınızı bölüşəsiniz.
 
- Şuşaya siyasi partiya rəhbərlərinin səfərinin təşkil olunması bəzi partiya sədrləri tərəfindən Prezident Administrasiyasının şöbə müdiri Ədalət Vəliyevlə videokonfrans formatında görüş zamanı qaldırılmışdı və onun Prezidentə bu barədə məruzəsi müsbət qarşılanmışdı.Bu səfər həm də ümummilli məsələrdə birliyimizin nümayişi idi.Təəssüf ki,duman Şuşanın əzəmətini və gözəlliyini tam seyr etməyə imkan verməsə də hər kəs çox həyacanlı idi. İşğaldan azad olunmasından bir il keçməmiş dağların zirvəsi ilə Şuşaya şüşə kimi yol çəkilib.Yayda meşələrin içərisindən keçən həmin yollarla, aşırımlarla avtomobil sürməyin, yaxud getməyin özü insanlara böyük zövq verəcək. Prezidentin Şuşa üzrə səlahiyyətli nümayəndəsi Şuşanın bərpası və abadlaşdırılması ilə bağlı görülən və görüləcək işlər barədə məlumat verməkıə yanaşı onu da qeyd etdi ki, yol kənarlarında turizm infrastrukturları yaradılacaq. İnsanlarımız vaxtilə daha çox həbs və katorqa yeri olmuş və yalnız sonradan neftə görə məskunlaşmış və yüklənmiş Abşeron yarımadasından köçüb vətənimizin o gözəl yerlərində məskunlaşmalı və yaşamalıdırlar. Paytaxtın müasir üslubda yenidən tikilən Ağdama köçürülməsi məsələsi də müzakirə olunmalıdır. İşğaldan azad olunmuş ərazilərdə böyük quruculuq işlərinə başlanılıb, şəhər və kəndlərin bərpası işlərinə geniş miqyasda başlamaq üçün yollar və elektrik xətləri çəkilir. Xalqımız bu quruculuq işlərinə cəlb olunmalı, imkanlı şəxslərə imkan yaradılmalıdır ki, öz ata-baba yurdlarını bərpa etsinlər, ictimai və sosial obyektlərin tikintisinə kömək etsinlər. Yalnız bu yolla işğaldan azad olunmuş ərazilərə qısa müddətdə kütləvi qayıdışı təmin edə bilərik.
 
- Qüdrət bəy, İran Azərbaycanı illuziyaya qapılmaqda ittiham edir və buna görə sillə yeyəcəyini bəyan edir. Tehranın bu aqressivliyi nədən qaynaqlanır?
 
- İlluziyaya qapılan ölkə varsa o da İrandır. İran aqressivliyini bizim İsraillə əməkdaşlıq etməyimizlə əsaslandırmaq istəyir, amma bu əməkdaşlıq çoxdan var. Onları qıcıqlandıran Azərbaycanın Türkiyə və Pakistanla daha sıx hərbi əməkdaşlıq etməsi, birgə təlimlər keçirməsi, həmin dövlətlərlə münasibətləri müttəfiqlik səviyyəsinə qaldırmasıdır. Türkiyə və Pakistan böyük dövlətlər olduqları üçün İran onların adını çəkə bilmir və İsrailin üstünə gedir, onu bəhanə edir. Həm də hakimiyyəti ələ keçirdikləri  gündən ölkəni beynəlxalq sanksiyalar altına salanlar Qərbin xristian həmrəyliyindən çıxış edərək Ermənistana siyasi dəstək verdiyini görür və bu yolla, müsəlman həmrəyliyindən danışıb ermənilərə yarınmaqla sanksiyaları yüngülləşdirəcəklərinə ümid edir, əhalinin diqqətini sosial problemlərdən yayındırmaq istəyirlər. Həm də Azərbaycanın yaratdığı yeni geosiyasi reallıqları qəbul edə bilmirlər. Görün Türkiyə müstəqil siyasət yürüdüb regionda və dünyada söz sahibi olmaq, masa arxasında öz yerini tutmaq üçün hətta özünün NATO üzrə müttəfiqləri tərəfindən  hərbi çevrilişin təşkilinə dəstək verməyə qədər hansı ədalətsiz, böhtan xarakterli təqib və təzyiqlərlə üz-üzə gəlməkdədir. Azərbaycan da bölgədə öz yerini tutur və oxşar problemlərlə qarşılaşmaqdadır, amma hər kəs regionda Azərbaycanla  hesablaşmalı olacaq. İranın antiislam, antitürk mövqeyi onun dini-ideoloji dayaqlarını sarsıdır. Amma İran mollaları bunun fərqində deyillər. Kin və kudirət onları sağlam düşüncədən məhrum edib. Bəzən kənardan qulaqlarına pıçıltı ilə deyilən sözlərə çox inanırlar. Vaxtilə İranda bir əyalət mollası İranı şirin quyruğuna bənzətmişdi və bizə də onunla oynamamağı məsləhət görmüşdü. Yəqin ki, şir kimi də Rusiyanı nəzərdə tuturdu. İraq da Küveytə girməyə təhrik edilmişdi. Amma təhrik edənlər tərəfindən də cəzalandırıldı. Bizim Rusiya ilə müxtəlif məsələlərə dair fikir ayrılığımız ola bilər, amma geniş mənada Rusiya Azərbaycanın strateji tərəfdaşıdır. ABŞ və Britaniyanın təzyiqləri olmasaydı məhz Kremlin dəstəyi ilə 1946-cı ildə Cənubu Azərbaycan öz müstəqilliyinə qovuşmaq üzrə idi. Fars mollaları onu da anlamırlar ki, onların teokratik rejimini  daxildə daha çox dəstəkləyən dini təbliğatla kor edilmiş, aşağı təhsilli azərbaycanlı türklərdir. Tehrana gedən vətəndaşlarımıza mütərəqqi düşüncəli farslar gileylənirlər ki, rejimi dəyişməyə sizinkilər imkan vermir. İndi İran əhalisinin yarısını təşkil edən azərbaycanlı türklərin milli heysiyyatına toxunub onları aşağılamaqla hakimiyyətdəki fars şovinist mollalar necə böyük səhvə yol verdiklərini başa düşmürlər. Bundan başqa Azərbaycanın güclü müttəfiqləri İranın isə güclü düşmənləri var. Azərbaycana yönələn istənilən təxribatçı addım İranın sonunu gətirər.
 
- Qüdrət bəy, Rusiya Azərbaycan münasibətlərinin gələcək inkişafı barədə nə deyə bilərsiniz?
 
- Mən əvvəllər də dəfələrlə söyləmişəm ki, Avrasiya məkanında inkişafı və təhlükəsizliyi  təmin etmək üçün türk-slavyan respublikalarının Avropa Birliyi modelində birləşməsinə ehtiyac var. Bura əlbəttə ki, Tacikistan, Gürcüstan, Moldova, Ermənistan, gələcəkdə İran da qoşula bilər. Türkiyəni onsuz da xristian klubu olan Avropa İttifaqına qəbul etməyəcəklər. Ona görə də Türkiyə belə bir təşəbbüsdə olsa digər sovet respublikaları da Rusiya ilə sıx inteqrsiyadan qorxmaz. Hazırda sovet respublikaları vaxtilə Rusiya imperiyasının tərkibində olduqları üçün köhnə streotiplərdən xilas ola bilmir, onunla yaxınlaşmaqdan çəkinirlər. Bu həm də Avrasiya məkanında geniş iqtisadi rəqabətə və inkişafa yol açar. Bir tərəfdən Avropa Birliyi, digər tərəfdən Çin və Asiya ölkələri. Hal-hazırda Türkiyə, Azərbaycan və Rusiya əməkdaşlığı region üçün yeni imkanlar açmaqdadır. Bu siyasəti doğru sayıram və inkişaf etdirilməlidir.

OXŞAR XƏBƏRLƏR

“Həyat yoldaşını qumarda uduzan adamdan nə gözləyəsən?” – Dilqəm Əsgərovun Şahbaz haqda heç yerdə demədikləri... - MÜSAHİBƏ

Sfera.az bildirir ki, Gündəm.az-ın suallarını yeddi il Ermənistanda əsirlikdə olan və 2020-ci ilin dekabrında Azərbaycana qaytarılan Dilqəm Əsgərov cavablandırı...

“Uşaq vaxtı atamın adı məndə kompleks yaradırdı” - Vüqar İskəndərovla MÜSAHİBƏ

"Siyasətdə sağ göstərib, sol vura bilirsən, idmanda belə deyil...”     Bunu Sfera.az-a müsahibəsində Milli Məclisin Hüquq siyasəti və dövlət qu...

"Müttəfiqlik həqiqətlərin mahiyyətini dəyişə bilməz"

Sfera.az Milli Məclisin deputatı Ülvi Quliyevin moderator.az-a müsahibəsin təqdim edir:   -Ülvi müəllim, Ermənistanın baş naziri N.Paşinyan mayın 16-da ...

“Kişilərdə qadın enerjisi çoxalmağa başlayıb” – Tanınmış yaşam koçu ilə MÜSAHİBƏ

Sfera.az yaşam koçu, "Dəyiş” kitabının müəllifi Fidan Əliheydərlə müsahibəni təqdim edir:   - "Yaşam koçu” ifadəsi özəlliklə bizim cəmiyyət üçün yeni anl...

“Bu məsələ Prezidentin və parlamentin gündəliyindədir, seçkilər keçiriləcək...” – Ceyhun Məmmədovla MÜSAHİBƏ

Sfera.az-ın bu dəfəki qonağı Milli Məclisin Elm və təhsil, İctimai birliklər və dini qurumlar komitəsinin üzvü Ceyhun Məmmədovdur.   Millət vəkili ilə mü...

Tanınmış şairə: “Yüksək vəzifəli məmurları gecə 1-in yarısı yola saldım”

"Toyun ssenarisini şəxsən özüm işləmişdim, dekorundan tutmuş, çəkilişinə qədər hər şey düşünülmüşdü".    Bunu tanınmış şairə, teleaparıcı Nazilə Səf...