İran ölkələrə təzyiq etmək üçün xarici vətəndaşları girov götürür?

İran ölkələrə təzyiq etmək üçün xarici vətəndaşları girov götürür?
İrana səyahət edən İsveç vətəndaşını vətəninə qayıtmağa qoymayıblar.
 
Bu, ölkələrə təzyiq etmək üçün xarici vətəndaşların girov götürülməsi ilə bağlı İranda növbəti hadisədir.

Turist olmasından başqa, İranla heç bir əlaqəsi olmayan 30 yaşlı şəxs ölkəni tərk etmək istədiyi zaman həbs olunub.
İsveç Xarici İşlər Nazirliyi bir İsveç vətəndaşının hazırda İran nəzarətində olduğunu təsdiqləyib, lakin əlavə məlumat və ya şərh təqdim etməyib. İran rəsmiləri hələlik məsələyə münasibət bildirməyiblər.
 
İsveçin Tehrandakı səfirliyi İran hakimiyyəti ilə əlaqə saxlayaraq hadisəni nəzarətə götürüb.
 
İsveçin "Aftonbladet” qəzetinə "məlumatlı mənbə” bildirib ki, həbs İsveçdə mühakimə olunan keçmiş İran prokuroru Həmid Nurinin işi ilə bağlıdır. İsveç prokurorları Nuriyə 1988-ci ildə İranda həbsxanaların təmizlənməsi zamanı insanlıq əleyhinə cinayət törətdiyinə görə ömürlük həbs cəzası istəyiblər.
 
Mənbə həmçinin bildirib ki, İran müxtəlif kanallar vasitəsilə Nurinin azad edilməsini tələb edib, lakin İsveç hökuməti məhkəmələrinin hökumətdən müstəqil fəaliyyət göstərdiyini və onların qərarlarına müdaxilə edə bilməyəcəyini açıq şəkildə bəyan edib.
 

OXŞAR XƏBƏRLƏR

Prokurorluq Berluskoni ilə bağlı şok faktları açıqladı: "Seks kölələri ilə evində..."

İtaliyanın keçmiş baş naziri Silvio Berluskoninin qalmaqallı məhkəmə işi ilə bağlı prokurorluğun rəyi bəlli olub.   Sfera.az bildirir ki, sabiq nazirin 2...

Buş “şüuraltı”nın qurbanı oldu – Tədbirdə elə bir söz dedi ki…

2003-cü ildə İraqa müdaxilə əsnasında ABŞ Prezidenti olan Corc Buş tədbirlərdən birindəkı çıxışı zamanı etdiyi səhvlə gündəmdədir.    Sfera.az xəbər...

Putin ən sevimli silahı olan “Terminator”u Ukraynada meydana çıxardı – “Müharibənin gedişatını dəyişəcək”

Rusiya ordusunun Ukraynaya hücumunun aramsız davam etdiyi vaxtda Putin daha bir mühüm həmləyə əl atıb.    Sfera.az xəbər verir ki, fevral ayında Ukr...

Daha bir ölkə Finlandiya ilə İsveçin NATO üzvü olmağını istəmir - Türkiyəyə dəstək

Türkiyə NATO-nun Finlandiya və İsveçin üzvlük ərizələri ilə bağlı danışıqlara başlamasına mane olub. Sfera.az bildirir ki, bu barədə "Financial Times” xəb...

Rusiya bu şəxsləri də ölkədən çıxarır – İki həftə vaxt verildi…

Rusiya Xarici İşlər Nazirliyi ölkədəki 34 Fransız diplomatik missiyası işçisini ölkədən çıxaracağını və onlara ölkəni tərk etmələri üçün iki həftə vaxt verildiy...

Ruslar “Azovstal”ı yer üzündən silir

Rus işğalçıları və qondarma "dxr” rəhbərləri Mariupoldakı "Azovstal” zavodunu sökmək niyyətindədir. Zavodun yerində isə park salınacaq.   Sfera.az&nbs...