İntihar cihazı hazırlandı – 30 saniyə ərzində və ağrısız... + Foto

İntihar cihazı hazırlandı – 30 saniyə ərzində və ağrısız... + Foto
İsveçrədə intihar etmək istəyənlər üçün satışa çıxarılan 3D çaplı intihar cihazı müzakirələrə səbəb olub.

Sfera.az xəbər verir ki, kapsula bənzər cihaza daxil olanlar oksigensiz qaldıqdan sonra 30 saniyə ərzində ölürlər.

Çoxlu sayda media istifadəçisi cihazın intihara sövq edəcəyini və bu səbəbdən satışa buraxılmasının çox yanlış olduğunu bildirib.

"Sarco" adlandırılan maşın evtanaziyaya meylli "Exit International "təşkilatının yaradıcısı Filip Nitşke tərəfindən hazırlanıb. Nitşke deyib ki, onlar bu maşını icad ediblər ki, ölüm həm boğulma hissi olmadan, həm də panik olmadan baş verə bilsin.
 
Nitşke kapsulun yüngül olduğunu və intihar etmək istəyən şəxsin kapsulu istədiyi yerə çəkərək intihar edə biləcəyini bildirib. Nəqliyyat vasitəsinin ölmək istəyən şəxsə müxtəlif suallar verdiyi və bu suallardan sonra ölüm prosesi üçün düyməni basmasına icazə verildiyi qeyd olunub.

Əzizə Zeynal
 

OXŞAR XƏBƏRLƏR