İlkinin məhkəməsində yeni İFADƏLƏR - Nərminin sinif yoldaşları nə dedi?

İlkinin məhkəməsində yeni İFADƏLƏR - Nərminin sinif yoldaşları nə dedi?
Bu gün Gəncə Ağır Cinayətlər Məhkəməsində Tovuz rayonunda 10 yaşlı Nərmin Quliyevanı qətlə yetirməkdə təqsirləndirilən İlkin Süleymanovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Sfera.az xəbər verir ki, hakim Dadaş İmanovun sədrliyi ilə bu gün İlkin Süleymanovun növbəti məhkəmə prosesində Nərmin Quliyeva ilə eyni məktəbdə oxuyan S.Abdullayeva və Ş.Abdıyeva, həmçinin 3 kənd sakini ifadə verib.
 
Onlar təqsirləndirilən İlkin Süleymanovun vəkilinin və hakimin suallarını cavablandırıblar.
 
Ş.Abdıyeva bildirib ki, Nərminin itdiyi gün onu əmisigilin küçəsində görüb.
 
"Mən S.Abdullayeva ilə birgə ingilis dili məşğələsindən qayıdan zaman Nərmini əmisi gilin evlərinin yanında küçədə gördüm. O, küçəni aşağıya doğru gedirdi. Küçədə birdə kənddə Malış ləqəbi ilə tanınan çoban da var idi. Sonra Nərminin itdiyini bildik, məktəbdə hər kəs bu haqda danışırdı”
 
Daha sonra S.Abdullayeva ifadə verib.
 
"Mən ozaman 5-ci sinifdə oxuyurdum, bəli sinif yoldaşımla birgə həmin küçədən keçdik lakin ətrafa fikir vermədim”.
 
Məktəblilərdən sonra meytin tapıldığı gün həmin küçədən keçən 3 kənd sakini ifadə verib.
 
Onlardan Tahir Orucov və onun qızı Nuriyə Ramazanova bildirib ki, taksi ilə küçədən keçəndə biliblər ki, meyt tapılıb.
 
Tahir Orucov:
 
"Muradı, İlkini və Nazimini gördüm birdə bildim ki, yanmış meyit var”.
 
Nuriyə Ramazanova:
 
"Mən Muradı gördüm o İlkin deyə səsləndiyini eşitdim. Ona görə İlkinin də orda olduğunu bildim”.
 
Hakimin qərarı ilə növbəti məhkəmə aprelin 15-nə təyin olunub.
 
Xatırladaq ki, Tovuz rayonunun Dondar Quşçu kənd sakini N.Quliyeva 2019-cu il noyabrın 21-də itkin düşüb, onun meyiti 2020-ci il yanvarın 6-da yandırılmış halda tapılıb. 2020-ci il yanvarın 10-da isə hadisəni törətməkdə şübhəli bilinən Dondar Quşçu kənd sakini, 1973-cü il təvəllüdlü İ.Süleymanov saxlanılaraq istintaqa cəlb edilib. Ona Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 144.3 (adam oğurluğu) və başqa maddələrində nəzərdə tutulan ittiham elan olunub./Report/
 

OXŞAR XƏBƏRLƏR

Lənkəranda taksiyə müştəri qismində əyləşib evinə sürdürdü: Öldürüb, həyətində basdırdı - TƏFƏRRÜAT

Lənkəranda qətl törətməkdə təqsirləndirilən Elvin Hüseynzadəyə hökm oxunub və o, 19 il müddətinə azadlıqdan məhrum edilib.   Bu barədə "Report”a zər...

Şamili öldürüb 24 gün sonra tutulan şəxs dostu imiş... - Bakıdakı QƏTLİN TƏFƏRRÜATI

Bakıda 24 gün əvvəl törədilən qətllə bağlı bəzi məqamlar üzə çıxıb. Sfera.az xəbər verir ki, söhbət bu ilin aprel ayının 23-də paytaxtın Nərimanov rayonu ər...

“Eldar Mahmudovun adından böyük məbləğlərdə pullar tələb edirdi” – MTN işində şok ifadələr

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi Baş İstintaq İdarəsinin rəisi, general-mayor Mövlam Şıxəliyev, istintaq idarəsinin rəis müavini, 1-ci şöbənin rəisi Y...

Əməliyyat keçirildi - 202 nəfər saxlanıldı

Daxili İşlər Nazirliyi (DİN) mayın 13-də qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumatları açıqlayıb. DİN-in mətbuat xidmətindən Sfera.az-...

Sumqayıtda kirayədə qalan qadın niyə öldürülüb? - QONŞULAR DANIŞDI - VİDEO

Ötən gün Sumqayıtda gənc qadın tanışı tərəfindən boğularaq qətlə yetirilib.   Sfera.az xəbər verir ki, bu barədə Xəzər TV sujet hazırlayıb. İlkin araş...

Vilyam Hacıyevin məhkəməsində ŞOK İFADƏ: “Rüşvət yox, rüsum ödəmişəm”

Artıq uzun zamandır ki, İmişli Rayon İcra Hakimiyyətinin sabiq başçısı Vilyam Hacıyevin cinayət işi üzrə məhkəmə prosesi davam edir. Sfera.az-ın xəbərinə gö...