Hitler fanatı olan cütlüyün toyu qalmaqal yaratdı: Məclisə SS zabitlərinin geyimində gəldilər... - FOTOLAR

Hitler fanatı olan cütlüyün toyu qalmaqal yaratdı: Məclisə SS zabitlərinin geyimində gəldilər... - FOTOLAR
Meksikalı cütlüyün toyu dünyanın gündəminə oturub.
 
Sfera.az bildirir ki, Fernando və Cozefina adlı şəxslərin təkcə toy məclisləri deyil, sonradan təşkil etdikləri əyləncə də inanılmaz anlara səbəb olub. Belə ki, keçən ay Meksikanın mərkəzi Tlaxcala əyalətində, faşist Almaniyasından ilhamlanan və o dövrün ikonik elementlərini özündə cəmləşdirən toy məclisi təşkil edilib. 

Cütlük toya nasist SS zabitlərinin geyimində, svastika ilə bəzədilmiş Volksvagendə gəlib.  Onlar tarix kimi 77 il əvvəl evlənən Hitler və Eva Braunun evlilik ildönümünü - 29 apreli seçiblər. Soyadını mediadan gizlədən Fernando, "İnsanlar Hitlerin əsl hekayəsini bilmirlər. O,  vegetarian idi, ölkəsini ifrat yoxsulluqdan çıxartdı və Birinci Dünya Müharibəsində itirdiyi torpaqları öz xalqına qaytardı”, - deyə söyləyib.

Məlumata görə, toy məclisi Hitler tərəfdarları ilə dolu olub və  onların çoxu almansayağı hərbi geyimdə iştirak ediblər. Fernandonun isə ömür boyu nifrət dolu elektron məktublara və ölüm təhdidlərinə məruz qaldığı bildirilib. 

"Atam və əmilərim nasional-sosializmin davamçılarıdır və mən uşaqlıqdan insanlarla üz-üzə qalmışam. Güllələndim və hətta "nasist" deyə qışqırdığım zaman  bir nəfər silahı üzümə doğrultdu", - deyə o əlavə edib. 

Cozefina isə məclislə bağlı danışarkən bu fikirləri qeyd edib: "Mən Hitlerin hekayəsi haqqında çox şey bilmirdim, amma ərim danışdı və mən onu dəstəkləyirəm, çünki o, məsuliyyətlidir”.

Toy Meksika yəhudi icması tərəfindən də böyük reaksiya alıb. "Biz nasizmi müdafiə edən və tərifləyən hər cür hərəkəti qətiyyətlə pisləyirik”, deyə qurumdan bildirilib. 

Meksikanın hakimiyyət orqanları isə bu mövzuda səssiz qalıb, lakin Los-Ancelesdəki yəhudi insan haqları təşkilatı "Simon Wiesenthal Center” rəsmiləri inanılmaz hadisəyə qarşı "lazımi tədbir görməyə" çağırıb. Mərkəzin beynəlxalq əlaqələr şöbəsinin müdiri Şimon Samuels mətbuata açıqlamasında,  "Meksika Birləşmiş Millətlər Təşkilatının Holokostun təhrifini və irqçiliyin bütün formalarını pisləyən qətnaməsinə səs verdi. Lakin dövlət və ya hüquq müdafiə təşkilatları tərəfindən bu biabırçılığı pisləyən heç bir reaksiya olmadı”, - deyib.

Məlumata görə, Fernando və Cozefinanın iki övladı var. Böyük oğulları Reynhard SS lideri general Reynhard Heydrixin adını daşıyır, qızları Hanna Gertrudun adı isə Füreri müharibə cəbhəsində xilas etdiyi iddia edilən alman pilotu Hanna Reitsch və keçmiş hərbi komandir Gertrud Scholtz-Klinkdən götürülüb. 

Günay Rəsulqızı
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Toyda işıq söndü, gəlin bacısının nişanlısı ilə evləndi – İnanılmaz olayın təfərrüfatları…

Hindistanın Ujjain şəhərində iki bacı eyni vaxtda evlənmək qərarına gəlib.    Sfera.az xəbər verir ki, toy mərasimləri zamanı elektriklər kəsiləndə ...

"Merilin Monro" rekord qiymətə satıldı - XX əsrin ən bahalı sənət əsəri

Pop-art cərəyanının ən önəmli nümayəndələrindən biri, amerikalı rəssam Endi Uorholun "Merilin Monro” portretlərindən biri rekord qiymətə satılıb.   Sfera...

Hitler fanatı olan cütlüyün toyu qalmaqal yaratdı: Məclisə SS zabitlərinin geyimində gəldilər... - FOTOLAR

Meksikalı cütlüyün toyu dünyanın gündəminə oturub.   Sfera.az bildirir ki, Fernando və Cozefina adlı şəxslərin təkcə toy məclisləri deyil, sonradan təşk...

Dünyanın ən böyük canlısı kəşf edildi – FOTO

Alp dağlarında araşdırmalarını davam etdirən elm adamları tarixdə qalacaq bir kəşf ediblər.    Sfera.az xəbər verir ki, tədqiqatçıların apardığı qaz...

Cazibədar psixoloqdan şok etiraf: "Həyat yoldaşımla pul qarşılığında sevişirəm"

Türkiyənin məşhur psixoloqu Esra Ezmeci son paylaşımı ilə sosial şəbəkələrin müzakirə obyektinə çevrilib.   Sfera.az bildirir ki, psixoloq həyat yoldaşı ...

Qeyri-adi ixtira: Biləyə taxılan bu cihazla yeməklərə süni dad veriləcək - FOTO

Yapon tədqiqatçılar zəif elektrik cərəyanından istifadə edərək hazırladıqları çubuqlara duz dadı verəcək.   Sfera.az xarici KİV-ə istinadən xəbər verir k...