Həyəcan təbili: Bu ölkədə yüz minlərlə insan “naməlum qızdırma”dan əziyyət çəkir
20:10 / 13.05.2022
2297
KXDR-də aprelin sonunda qeydə alınan "naməlum qızdırma” epidemiyası 350 min insana təsir edib, onlardan 162 mini artıq müalicə olunub.
Məlumata görə, təkcə mayın 12-də ölkə üzrə 18 000 insana qızdırma diaqnozu qoyulub. Ümumiyyətlə, 187 000 insan karantinə alınıb.
Bu barədə "Yonhap” agentliyi Şimali Koreya mətbuatına istinadən xəbər verir.
Xatırladaq ki, bir gün əvvəl KXDR-də 18 mindən çox COVID-19 xəstəsinin aşkarlandığı, onlardan altısının öldüyü bildirilmişdi.
Bununla əlaqədar olaraq ilk dəfə tibbi maskada görünən Şimali Koreya lideri Kim Çen In KXDR-də fövqəladə vəziyyətin yarandığını elan edib və hökumətə xəstəliyin yayılmasının qarşısını almaq üçün bütün səviyyələrdə mükəmməl işləməyi əmr edib. Həmçinin o, ölkədə xəstəliyin yayıldığı mahal və şəhərlərin qapanmasını əmr edib.