Hərbçilərimiz “düşmən” hədəflərini vurdu - VİDEO

Cəmiyyət
17:50 / 16.05.2022
2212
Cari ilin döyüş hazırlığı planına uyğun olaraq, Quru Qoşunlarının N hərbi hissəsində atıcı silahlardan və qumbaraatanlardan praktiki atış çalışmaları yerinə yetirilib.
Bu barədə Sfera.az-a Müdafiə Nazirliyindən məlumat verilib.
Çalışmalara cəlb olunan heyətə təhlükəsizlik qaydaları və atışın şərtləri çatdırılıb.
Atışdan əvvəl atəş hazırlığı üzrə normativlər yerinə yetirilib.
Hərbi qulluqçular əvvəlcədən hazırlanmış mövqedən hədəfə yerindən atəş açmaq üzrə tapşırıqları uğurla icra ediblər.