Hər saniyə Rusiyanın əlyehinə işləyir - "Moskva istəsə də, istəməsə də göz yaşlarına inanmalı olacaq..."

Hər saniyə Rusiyanın əlyehinə işləyir -
"Rusiya artıq nüvə təhdidindən geri çəkilir. Bunun arxasında təbii ki, ilk növbədə Ukrayna ordusunun, hakimiyyətinin və xalqının barışmaz mövqeyi dayanır”.
 
Sfera.az bildirir ki, bunu "Şərq-Qərb” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Ərəstun Oruclu deyib. Onun sözlərinə görə, həm də Ukraynaya göstərilən dəstəyin sistemli və miqyaslı olması ilə yanaşı , anti-Rusiya düşərgəsindəki tərəddüdlər, mübahisələr də aradan qaldırılıb:

"Buna da işarə edən Vaşinqtondan, Brüsseldən, Londondan və Berlindən gələn açıqlama və bəyanatlarla unison səslənməsidir. Belə şəraitdə Moskvadan verilən istənilən sərt bəyanat yalnız Rusiyanın özünə qarşı işləyir. Eynilə xarici işlər naziri Sergey Lavrovun Hitlerin "soy-kökü" və "antisemit yəhudilər" barədə səsləndirdiyi absurd fikirlər kimi. Amma Moskvadan atılan addımlar təkcə "quru" absurd bəyanatlardan ibarət deyildi. Məsələn, elə Lavrovun yuxarıda xatırlanan bəyanatı ilə yanaşı, Rusiya rəsmilərinin Moskvaya səfər edən Həmas liderləri ilə danışıqları da vardı. Bütün bunlar yalnız Moskvaya qarşı olan beynəlxalq düşərgənin daha da genişlənməsi ilə nəticələndi. Görünür, nəhayət Kremldə bunu anlayaraq taktikanı dəyişməyə qərar veriblər”.

Politoloq qeyd edib ki, Ukraynaya qarşı başladılan qanlı təcavüzün Rusiya ərazisində davam etməsinin qaçılmaz olacağı nəinki gözləniləndir, hətta onun ilkin işartıları da artıq görünməkdədir:

"Özü də Kremldəki yüksək kabiNetlərdə. Dünya mediasında Putinin Ukrayna cinayətinin onun sonunu yaxınlaşdıracağı haqda ehtimal və təhlillər də artmaqdadır. Belə sonluq isə nəinki təsadüfi deyil, ola bilsin, hətta əvvəlcədən planlaşdırılmışdı. ABŞ başda olmaqla, kollektiv Qərbin sanksiyalarının ucdantutma bütün Rusiya oliqarxlarına şamil edilməsinin nəticəsinin nə olacağı heç kəsdən sirr deyildi. Xüsusilə də, həmin oliqarxlar arasında yüksək dövlət rəsmilərinin olduğunu nəzərə aldıqda. Amma sanksiyalar təkcə Rusiya ilə məhdudlaşmayacaq və görünən həm də odur ki, onlar qısa müddətə nəzərdə tutulmayıb. Rusiyaya sanksiyalardan yayınmağa kömək edən dövlət və şirkətlərə, həmçinin banklara, digər kommersiya qurumlarına da güzəşt olunmayacaq. Artıq belə nümunələr var”.

Ekspert əlavə edib ki,  Moskvada hakimiyyətdaxili gərginliyin artması, tətbiq olunan sanksiyaların ilkin təsirlərinin artıq görünməsi, döyüş meydanındakı uğursuzluqlar və nəhayət, Putinin hətta Lukaşenko kimi "etibarlı müttəfiqlərinin" də son günlər ziddiyyətli açıqlamalar verməsi vəziyyətin reallıqda necə olduğunu göstərir.

"Odur ki, indi Putinin Ukrayna torpağnıda başlatdığı "denasifikasiyaya dair xüsusi hərbi əməliyyatın" episentrinin yaxın zamanda Moskvadakı yüksək dövlət kabinetlərinə keçəyini deməyə ciddi əsaslar var. Bəlkə elə həm də Rusiyanın böyük şəhərlərinin küçələrinə. Hadisələrin belə istiqamətdə cərəyan edəcəyi halda Moskva istəsə də, istəməsə də göz yaşlarına inanmalı olacaq. Çünki bu, onun özünün göz yaşları olacaq”.

Günay Rəsulqızı
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Yenidən üçtərəfli görüş keçiriləcək? - "Qarşıdakı günlərdə Putin..."

"Kreml hətta indiki gərgin məqamda belə, Cənubi Qafqaza nəzarəti itirmək istəmir”.   Bunu Sfera.az-a açıqlamasında siyasi şərhçi Kənan Novruzov Rusiya xa...

Kulebanın son açıqlamaları nəyə hesablanıb? – “İndi həm Rusiyanın, həm də Ukraynanın prioriteti…”

Ukraynanın Xarici İşlər Naziri Dmitri Kuleba Rusiya üzərində qalib gəlmək üçün qarşıda duran məqsədlər haqqında danışıb. Niderlandın "NRC” saytına müsahib...

Rusiya bütün rusdilliləri həmvətənli elan edəcək? – "Onda belə çıxır ki..."

Dünyadakı rusdillilərin hamısının həmvətənli kimi tanınması haqqında qanun layihəsi Rusiya Dövlət Dumasına təqdim edilib.    Qanun layihəsində tarix...

Deputatdan ermənilərə XƏBƏRDARLIQ: “Azərbaycan ordusuna əmr verilsə, 5 dəqiqəyə...”

Serj Sarkisyan fransalı jurnalistlərə verdiyi müsahibə zamanı 30 ildir eyni fikirdə qaldığını, Qarabağın heç vaxt Azərbaycanın tərkibində olmayacağını bildirib....

NATO-nun “BÖYÜK OYUNU”: Ukraynanı Alyansa üzv edərək...

Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov Ukraynanın NATO-ya mümkün üzvlüyünün yaradacağı fəsadlarla bağlı xəbərdarlıq edib.    "Ukraynanın NATO-ya...

“Ermənistanla bu səbəblə sülh imzalanmayacaq” – Politoloqdan AÇIQLAMA

"Ermənistanın Azərbaycanla qısa müddətdə sülh müqaviləsini bağlaması real görünmür. Erməni tərəfi Azərbaycana təqdim etdiyi 6 bəndlik təklifin iki bəndi Azərbay...