"Heç kimlə sevgili ola bilməyim deyə müqaviləyə xüsusi maddə əlavə etdirib" - Müğənninin keçmiş həyat yoldaşından şok sözlər

Türkiyəli müğənni Özcan Dənizdən qalmaqallı şəkildə boşanan Feyza Aktan son açıqlamaları ilə gündəmə gəlib.
 
Sfera.az bildirir ki, "2.Sayfa” verilişinə danışan Aktan ifaçının ona qarşı açdığı iddiaları və boşanma protokolunun pərdəarxasından söz açıb.  Heç bir maddi tələbinin olmadığını deyən Feyza fikirlərinə bu cür davam edib:

"Qəyyumluq davası bir ana üçün edə biləcəyiniz ən pis şeylərdən biridir. Hər iclasda Özcan mühafizəçisi ilə məhkəmə binasına daxil olurdu. Hətta ədliyyənin təhlükəsizlik işçiləri də onun yanında idi. Bir tərəfdən də məhkəməyə gələn mətbuat mənsubları ilə daim ünsiyyətdə olurdular ki, çıxandan sonra xəbəri necə istəyirlərsə, elə də idarə etsinlər”.

Aktan boşanma zamanı müqaviləyə əlavə edilən qəribə maddədən də danışıb:  

""Feyzanın boşandıqdan sonra sevgilisi ola bilməz, belə olarsa, bütün maddi yardımlar geri alınacaq”, deyə bənd əlavə edib. Bu maddə mənim üçün o qədər də əhəmiyyət kəsb etmirdi,  çünki evlilik bitəndə bu barədə düşünmürsən. Gələcəyə aid fərqli şeylər fikirləşirsiniz.  Digər tərəfdən də qanunda bununla bağlı heç bir müddəa yoxdur”.

Türkan 
Sfera.az


OXŞAR XƏBƏRLƏR

45 minlik üz kreminə görə qınağa tuş gələn aktrisadan AÇIQLAMA: "İndi hər şey bahadır"

Dəbdəbəli həyatı ilə tez-tez gündəmdə olan aktrisa Yasemin Özilhan sosial şəbəkələrdəki paylaşımları ilə müzakirə obyektinə çevrilib.   Sfera.az bildirir...

“Şorgözlük məsələsində kişilərin günahı yoxdur" - İbrahim Tatlısəsin keçmiş həyat yoldaşı

Türkiyəli müğənni İbrahim Tatlısəsin keçmiş həyat yoldaşı, İdonun anası Derya Tuna diqqətçəkən açıqlamalar verib.   Sfera.az bildirir ki, Tunanın qadın v...

"Heç kimlə sevgili ola bilməyim deyə müqaviləyə xüsusi maddə əlavə etdirib" - Müğənninin keçmiş həyat yoldaşından şok sözlər

Türkiyəli müğənni Özcan Dənizdən qalmaqallı şəkildə boşanan Feyza Aktan son açıqlamaları ilə gündəmə gəlib.   Sfera.az bildirir ki, "2.Sayfa” verilişinə ...

Firəngiz Mütəllimova: "Məni şantaj etmək istəyirdilər" - MÜSAHİBƏ

Azərbaycan Xalq artisti Firəngiz Mütəllimovanın "Report" İnformasiya Agentliyinə müsahibəsi - Firəngiz xanım, necəsiz? Özünüzü necə hiss ed...

Yaraşıqlı aktyor boşandı - Ödəyəcəyi aliment miqdarı müzakirə mövzusu oldu

Türkiyəli aktyor İbrahim Çelikkol və həyat yoldaşı Mihre Çelikkolun boşanma davasının təfərrüatları ortaya çıxıb.   Sfera.az bildirir ki, məhkəmə protoko...

"Azərbaycanın ən yaraşıqlı kişisi" iş axtarır: "Sahənin fərqi yoxdur..."

Bir vaxtlar "Azərbaycanın ən yaraşıqlı kişisi" kimi təqdim edilən tanınmış model, aktyor Rüstəm Cəbrayılovun son paylaşımı təəccübləndirib.   Sfera.az bi...