Heç kim belə olacağını gözləmirdi: Trampın yeni "oyuncağı" niyə işləmir?

Heç kim belə olacağını gözləmirdi: Trampın yeni
ABŞ-ın sabiq prezidenti Donald Trampın sosial media platforması fiaskoya uğrayıb.
 
Sfera.az bildirir ki, "Truth Social” adlı platformanın Android telefonlarında istifadə edilmədiyi, internet brauzerlərində açılmadığı və ABŞ xaricində bir çox yerdən endirilə bilmədiyi qeyd olunub. Nyu York Universitetinin Sosial Media və Siyasət departamentinin rəhbəri Coşua Traker proqramın indiyə qədərki fəaliyyətini "tam bir fəlakət" kimi qiymətləndirib.

Fevralın 21-də "App Store”a yüklənən proqram ən çox yüklənənlər sırasında yer alsa da, onu quraşdıran bir çox insan proqramdan istifadə edə bilmədiyini deyib. Problemin tezliklə həll olunacağını və Trampın "öz həqiqətlərini” yazmağa başlayacağını gözləyənlər isə kifayət qədər olub.

Digər tərəfdən, "Truth Social”ın idarəedici direktoru Devin Nunes hədəflərinin mart ayının sonuna qədər tam fəaliyyətə keçmək olduğunu açıqlamışdı. Lakin praktikada yaşanan problemlər mütəxəssisləri təəccübləndirib. Bəziləri problemin "YouTube”a bənzər video paylaşma platforması olan və "Truth Social” ilə əməkdaşlıq edən "Rumble”dan qaynaqlana biləcəyini deyib.

Xatırladaq ki, ABŞ-ın keçmiş prezidenti Donald Tramp ötən ilin oktyabrında "inqilabi" texnologiya şirkəti quracağını bildirmişdi. 

""Taliban"nın "Twitter”də varlığını ciddi hiss etdiyimiz, amma ən sevdiyiniz Amerika prezidentinin susdurulduğu dünyada yaşayırıq”, - deyən Tramp  qeyd etmişdi ki, yeni platform hər kəsə düşüncələrini paylaşmaq imkanı verəcək.

Günay Rəsulqızı
Sfera.az


OXŞAR XƏBƏRLƏR

Baydenin “Twitter”dəkı izləyicilərinin yarısı "feyk"dir - İDDİA

ABŞ prezidenti Co Baydenin "Twitter” izləyicilərinin saxta olduğu irəli sürülüb.   Sfera.az bildirir ki, bu barədə Vaşinqton ştatında yerləşən "SparkToro...

“Instagram”da yenilik - Bundan sonra…

Dünyanın ən məşhur sosial media platformalarından biri olan "Instagram” platforması məzmun istehsalçılarını narahat edəcək yeni funksiya üzərində işləyir. ...

“Instagram”da ən çox izlənilən şəxslər – SİYAHI

Kriştiano Ronaldo 440 milyon izləyicisi ilə "Instagram "sosial media tətbiqində ən çox izlənən şəxsi hesab olunub.   Sfera.az xəbər verir ki, sosial şəbə...

“Moskviç” yenidən istehsal olunacaq - FOTO

Fransanın "Renault” avtomobil şirkətinin bütün aktivlərinin Rusiya dövlətinə təhvil verilməsindən sonra Sovet dövrünün məşhur avtomobil markası "Moskviç” sürpri...

İlon Mask “Twitter”i almaqdan vazkeçdi? - Gözlənilməz açıqlama

Tesla və SpaceX-in baş direktoru İlon Maskdan "Twitter”lə bağlı diqqətçəkən açıqlama gəlib.   Sfera.az bildirir ki, iş adamı sosial media hesabındakı pay...

“Facebook” Suriya televiziyasının hesabını bağladı – Rusiyaya dəstək verdiyi üçün

"Facebook” Suriya Radio və Televiziya Korporasiyasının hesabını bağlayıb.     Sfera.az xəbər verir ki, yerli media mənbələri agentliyin hesabının...