Hansı bürcdən olan qadınlar daha qəddardır? – Astroloqlar 3 bürcün adını çəkib

Hansı bürcdən olan qadınlar daha qəddardır? – Astroloqlar 3 bürcün adını çəkib
Astroloqlar qəddar qadınların daha çox hansı bürclərə aid olduğunu müəyyənləşdirib. 

Sfera.az UNİAN-a istinadən xəbər verir ki, üç bürcün qadın nümayəndəsi digərlərinə nisbətən daha qəddar olurlar. 

Belə bürclərdən birincisi Əqrəbdir. Astroloqlar iddia edir ki, Əqrəb bürcündən olan qadınlarının medal kimi iki tərəfi var: bir tərəfdən cəlbedici və cazibədardırlar, digər tərəfdən isə aqressiv və iddialıdırlar. 

Onların yolunu kəsən, çətinlik yaradan şəxs aqressiv münasibətdən qaça bilmir. Bu zaman Əqrəb bürcündən olan qadınlar təkcə zehni deyil, həm də fiziki gücü ilə həmin şəxsə hücum edəcək. Bu xanımlar rəqibini məhv etmək üçün heç bir üsula laqeyd qalmır. 

Xərçəng bürcündən olan qadınlar da qəddarlığına görə seçilir. Xərçənglər isti münasibət bəsləyən, qayğı göstərən, laqeyd olmayan bürcdür. 

Amma onları incitdikdə aqressiv davranmaqdan çəkinmirlər. Xərçənglərin aqressivliyi uşaqların davranışına bənzəyir. Bu qadınlar incidiyi insanın stulunuza iynəli düymə qoya, əşyalarınızı çirkləndirə, başınıza su tökə və s. formasında fərqli aqressivlik göstərə bilərlər. Xərçənglər kiçik görünən əməlləri uzun müddət davam etdirmək xüsusiyyətinə malikdirlər. 

Qoç bürcündən olan qadınlar da qəddarlığı ilə seçilir. Bu qadınlar olduqca kinsiz və möhkəmdirlər. İstənilən şəraitdə, mövqelərini müdafiə edirlər, başqasının fikri ilə maraqlanmırlar. Amma  lazım gəldikdə səsini ucaldaraq hücüm etməkdən, qarşıdakına qəsarət yetirməkdən çəkinmirlər.

Vasif