Hamiləliyin bu mərhələsində vaksinasiya daha təsirlidir – Yeni ARAŞDIRMA
13:06 / 17.02.2022
909
Amerika uşaq xəstəxanalarının və Amerika Xəstəliklərə
Nəzarət və Qarşısının Alınması Mərkəzlərinin (CDC) tədqiqatçıları yeni
araşdırma ilə gündəmə gəlib.
Sfera.az xəbər verir ki, tədqiqat zamanı COVID-19
peyvəndinin körpələrə də fayda verə biləcəyi məlum olub.
Tədqiqat nəticəsində hamiləlik zamanı anaları
COVID-19 peyvəndi olan körpələrin ümumi xəstəxanaya yerləşdiriləcəyi halda
qorunması nisbətinin yüzdə 61 faiz
olduğu aşkar edilib.
Vaksin hamiləliyin 21-ci həftəsindən doğumdan
14 gün əvvələ qədər tətbiq olunanlar üçün qorunma nisbəti yüzdə 80-ə qalxıb.
Anaları hamiləliyin erkən mərhələlərində peyvənd
edilmiş körpələrdə peyvəndin effektivliyi 32 faizə qədər azalıb. Tədqiqat
aparan tədqiqatçılar hamiləliyin erkən mərhələlərində edilən peyvəndlərin
effektivliyinin azalmasının nümunələrin azlığı ilə də bağlı ola biləcəyini ifadə
edərək, ana olmağa hazırlaşan qadınları vaksinasiyaya çağırıb.
Əzizə Zeynal