Hacı Əliyev: “Bu, Prezidentlə yeddinci görüşüm idi” - VİDEO

Hacı Əliyev: “Bu, Prezidentlə yeddinci görüşüm idi” - VİDEO

Sfera.az xəbər verir ki, bu barədə Oxu.Az-a sərbəst güləş üzrə ikiqat olimpiya mükafatçısı, üçqat dünya və üçqat Avropa çempionu Hacı Əliyev deyib.

Ölkə başçısı İlham Əliyev dünən Macarıstanın paytaxtı Budapeştdə keçirilmiş güləş üzrə Avropa çempionatında qitənin ən güclüsü olmuş Azərbaycan güləş millilərini qəbul edib. Ölkə başçısı bununla növbəti dəfə idmana diqqət və qayğı göstərdiyini nümayiş etdirib.
 
Bu, Hacının onunla artıq yeddinci görüşü olub. 30 yaşlı idmançı bu haqda danışıb:

"2013-cü ildə Kazanda keçirilmiş Yay Universiadasında bürünc medal qazananda ilk dəfə ölkə Prezidenti ilə görüşümüz olub. Bir il sonra möhtərəm Prezident mənə ev verib. 2015-ci ildə BP-nin tədbirində görüşümüz baş tutub. 2016-cı ildə Olimpiadada, 2017-ci ildə İslam Həmrəylik Oyunlarında qazandığım medallara görə də Prezidentin qəbulunda olmuşam. Həmçinin, 2017-ci ildə Abşeron Olimpiya İdman Kompleksinin açılış mərasimində görüşümüz olub. Bu, Prezidentlə yeddinci görüşümüz idi”.

Hacı Əliyev onu da bildirib ki, ölkə başçısı ilə maraqlı dialoq ilk dəfə gerçəkləşmir. İdmançının özünü dinləyək:

"Prezidentlə dialoqumuz ikinci dəfə baş tutur. İlk dəfə Abşeron Olimpiya İdman Kompleksinin açılışı zamanı aramızda söhbət olmuşdu. Həmin vaxt mən cənab Prezidentin qarşısında çıxış etmişdim. Parisdə üçüncü dəfə dünya çempionu olduğum üçün mənə fərdi təqaüd ayrılmışdı. Prezident onda da demişdi ki, üçüncü dəfə dünya çempionu olmaq olimpiya qızıl medalını qazanmağa bərabərdir və ona görə bu təqaüd mənə verilir. Həmin görüşdən sonra mənə Prezidentin həm fərdi, həm də olimpiya təqaüdü verilməyə başlandı.

Budəfəki görüşdə isə mənə səni olimpiya çempionu kimi görürəm demədi, dedi ki, mənim üçün olimpiya çempionusan. Doğrudan da çox sevinirəm ki, cənab Prezident tərəfindən belə sevilirəm, mənimlə maraqlanır, haqqımda məlumatlıdır. Ona çox təşəkkür edirəm ki, mənə, idmana belə gözəl diqqət və qayğı göstərir. İnşallah, Parisdə keçiriləcək Yay Olimpiya Oyunlarından sonra qızıl medal qazanmaqla Prezidentin dediyi olimpiya çempionluğunu həqiqətdə əks etdirərəm”.


 

OXŞAR XƏBƏRLƏR

Əli Həsənov ittihamlara CAVAB VERDİ: "Şahbaz adlı adam tanımıram"

"Mən Xural TV-yə baxmıram, o, adamla da əlaqədar heç bir şey demirəm”.  Sfera.az xəbər verir ki, bu sözləri Demokrat.az-a açıqlamasında Qaçqınları...

Baş redaktor sirkə turşusu içib zəhərləndi – Ağır vəziyyətdə xəstəxanaya yerləşdirildi

Bakıda jurnalist Nəsimi Şərəfxanlı evində sirkə turşusu içərək zəhərlənib.  Sfera.az xəbər verir ki, o, dərhal Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbə...

Prezidentlər mətbuata bəyanatlarla çıxış etdi - TAM MƏTN

Mayın 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Litva Respublikasının Prezidenti Gitanas Nauseda mətbuata bəyanatlarla çıxış ediblər. Pr...

Son sutkada koronavirusa yoluxanların sayı AÇIQLANDI - ÖLƏN VAR

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 5 yeni yoluxma faktı qeydə alınıb, 12 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ...

Paytaxtda “axşambazarı”na maraq artıb: Qiymət fərqi nə qədərdir? - VİDEO

Son aylar bahalaşma ilə əlaqədar istehlakçılar xüsusilə "axşambazarı”na üstünlük verirlər. Bəs "axşambazarı”ndakı qiymət fərqi nə qədərdir? Doğrudanmı səhər əly...

Mərkəzi Bankdan dollarla bağlı RƏSMİ MƏLUMAT

Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələrinə əsasən, ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat olub. Sfera.az xəbər verir k...