Göygöldə məşq zamanı 15 idmançı xəstəxanalıq oldu

Göygöldə məşq zamanı 15 idmançı xəstəxanalıq oldu
Cüdo idman növü üzrə Azərbaycan çempionatına hazırlıq məqsədilə Göygöl Rayon Olimpiya İdman Kompleksində təşkil olunmuş təlim-məşq toplanışında iştirak edən müxtəlif bölgələrdən olan 15 nəfər yeniyetmə ilkin etimala görə dəqiqləşdirilməmiş qida zəhərlənməsi diaqnozu ilə rayon xəstəxanasına müraciət edib.
 
Sfera.az xəbər verir ki, onlar ürəkbulanma, hərarət və qusma əlamətləri ilə xəstəxanaya daxil olub.
 
Göygöl Olimpiya İdman Kompleksinindən bildirilib ki, yeniyetmələr artıq 5 gündür burada qidalanırlar və indiyə qədər yeməklə bağlı heç bir problem olmayıb.
 
Göygöl Olimpiya İdman Kompleksinin direktoru, cüdo millimizin məşqçisi Mövlud Mirəliyev də məslə ilə bağlı açıqlama verib.  O bildirib: "Bura dağ yeridir,
qaçıb tərləyiblər. Yağlı yemək yeyib, su içiblər".
 
Məsələ ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi 15 idmançının qidadan zəhərlənməsi ilə bağlı araşdırmalara başlayıb. Hazırda yeniyetmələrin hamısının vəziyyəti normaldır və onlar məşqlərinə davam edirlər.
 
Faktla bağlı Göygöl Rayon Prokurorluğunda da araşdırma aparılır.  

OXŞAR XƏBƏRLƏR

 "Şamaxı"nın oyunçusuna "qara" dedilər, əsəbiləşdi - VİDEO

Sumqayıtda eyniadlı komanda ilə "Şamaxı" arasında Azərbaycan Premyer Liqasının XXVI tur matçından sonra insident baş verib. Sfera.az Report-a istinadən xəbə...

Göygöldə məşq zamanı 15 idmançı xəstəxanalıq oldu

Cüdo idman növü üzrə Azərbaycan çempionatına hazırlıq məqsədilə Göygöl Rayon Olimpiya İdman Kompleksində təşkil olunmuş təlim-məşq toplanışında iştirak edən müx...

"Çelsi"nin baş məşqçisindən istefa açıqlaması

İngiltərənin "Çelsi" klubunun baş məşqçisi Frenk Lempard istefaya göndəriləcəyi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib. Sfera.az-ın məlumatına g...

Boksçu rinqdə aldığı zərbədən öldü - VİDEO

ABŞ boksçusu Patrik Dey nokautdan sonra komaya düşərək ölüb. Sfera.az fanat.az-a istinadən xəbər verir ki, 27 yaşlı idmançını Çikaqo şəhərində USBA versiyası ü...

Futbolda baş məşqçilər bir-birini söydü, ara qarışıdı - Azərbaycanda

 Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.  Sfera.az yeni sabh-a istinadla xəbər verir ki, toplantıda aşağı yaş qruplar üzə komandaların çemp...

Türkiyədə silahlı insident 2 ölü, 8 yaralı

Türkiyənin Niğde əyalətinin Bayat kəndində silahlı insident olub.   Lent.az "CNN Türk”ə istinadən xəbər verir ki, hadisə iki qrup arasında baş ...