Göyçayda yaşayış evində yanğın: xəsarət alan var

22:13 / 02.04.2022
1967
Göyçay rayonunun Mirzəhüseynli kəndində ümumi sahəsi 130 m² olan kürsülü, iki aynabənddən ibarət birmərtəbəli evin yanar konstruksiyaları 114 m² sahədə yanıb.
Sfera.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb.
Evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.