Göyçayda qaçırılan qız tapıldı
23:20 / 27.02.2022
1890
Göyçayda qaçırılan qız tapılıb.
Bu barədə Sfera.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.
Bildirilib ki, DİN hadisədən məlumatlıdır: "Məsələ Daxili İşlər Nazirliyi tərəfindən nəzarətə götürülüb və qız ailəsinə təhvil verilib".
Faktla bağlı Göyçay Rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.