"Ginekoloqların da maaşı artmalıdır" - Etiraz

"Bəzi ixtisaslar üzrə həkimlərin aylıq əmək haqqlarının artırılması təqdirəlayiqdir. Lakin bu hələ ki, təklif layihəsidir”.
 
Sfera.az bildirir ki, bunu tanınmış həkim-radioloq Aydın Əliyev deyib. O, pandemiya dövründə tibb işçilərinə aylıq əmək haqlarına əlavələr ediləcəyi istiqamətində söz verildiyini, bunun təsdiqini tapmadığını bildirib:

"Bu baxımdan hələ ki, bu artım məvaciblərin bir neçə ay davamlı təsdiqini görməsək, inanmayacağıq. Tibb işçiləri təkcə həkimlərdən ibarət deyil. Çoxlu sayda tibb bacıları və eləcə də digər tibb işçiləri-köməkçi, texniki tibbi heyət var. Bu artımlar onların əmək haqqında öz inikasın necə tapacaq bəlli deyil. Tibbi xidmət komanda işidir, tək həkimdən asılı deyil. Təkliflər paketinin 2-ci bəndində bəzi ixtisas həkimlərinin aylıq əmək haqqlarının 20-90 % civarında artacağı bildirilir. Bu səhiyyə idarəçilərinin özlərinə bonus qazanması təklifidir. Yəni, bəzi geyim mağazalarında mövsümlə əlaqədar olaraq "70%-ə qədər endirim” yazsalar da, maraqlananda "70%-ə qədər yazılıb, amma soruşduğunuz məhsul cəmi 10% endirimə daxildir”, - deyə bildirirlər. Bu da onun kimi”.
Mütəxəssisin sözlərinə görə, deyilənlər həqiqət olsa, irəliyə doğru bir addım sayılacaq: "Olmasa, demək ki, növbəti yalançı PR-dır - tibb işçilərinin başını aldatmaq üçün”.

Digər tanınmış pediatr Vaqif Qarayev isə deyib ki, ixtisası siyahıda olmayanların narazılığını başa düşmək lazımdır:

"Xüsusən, cərrahlar və ginekoloqlar haqlıdır. Ona görə ki, bu ixtisas sahiblərinə cəmiyyətdə birmənalı münasibət yoxdur! Mən bura təcili yardım həkimlərini də əlavə edərdim. Çox ağır şəraitdə işləyirlər. Ümumiyyətlə, həkimə yüksək maaş verilməlidir ki, dolanmaq barəsində yox, sırf peşəsi barədə düşünsün”.
Qeyd edək ki, ötən gün İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədri Zaur Əliyev qurumun fəaliyyəti ilə bağlı hesabatı təqdim edərkən, "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin tabeliyindəki tibb müəssisələrində çalışan səhiyyə işçilərinin əməyinin ödənilməsi Qaydası”na dəyişikliklər edilməklə 31 ixtisas üzrə çalışan həkimlərin aylıq əməkhaqlarının bütün məcburi tutulmalardan sonra tam məbləğinin 1000 manata çatdırılması nəzərdə tutulur”, - deyə bildirmişdi.

Günay Rəsulqızı
Sfera.az


OXŞAR XƏBƏRLƏR

Koronavirusdan sağalanlara pis xəbər: Bu problemlərdən əziyyət çəkəcəksiniz…

Dünya Uhanda ortaya çıxan və qısa zamanda qlobal pandemiyaya səbəb olan koronavirusla vidalaşmağa hazırlaşarkən elm adamlarından geniş müzakirələrə yol açan xəb...

Alimlərdən dünyanı həyəcanlandıran açıqlama: Ölü insanı diriltmək mümkün olacaq

ABŞ-ın Yuta Universitetində aparılan araşdırma beynəlxalq ictimaiyyətdə gündəm yaradıb.   Sfera.az bildirir ki, "Nature” jurnalında dərc olunan araşdırma...

Qripin müalicəsində bu dərmanlardan istifadə etmək olmaz - Həkimdən xəbərdarlıq

"Qrip və digər virus infeksiyalarının müalicəsində antibiotik tərkibli dərmanlar təyin edilə bilməz”.   Sfera.az bildirir ki, bunu həkim-terapevt Rəhilə ...

Donuzdan ürək nəql edilən insanın ölüm səbəbi bəlli oldu – Sən demə…

Donuz ürəyini transplantasiya edildiyi ilk insanın ölüm səbəbi məlum olub.   Sfera.az xəbər verir ki,  tədqiqatçılar, nəql olunan ürəkdə virus aşkar...

Ramazan ayında 711 nəfər zəhərlənib, onlardan 8-i ölüb

Apreldə zəhərlənmə ilə bağlı 711 nəfərin müraciəti qeydə alınıb.   Bu barədə Sfera.az-a Kliniki Tibbi Mərkəzdən məlumat verilib. Qeyd olunub ki,  on...

"Ginekoloqların da maaşı artmalıdır" - Etiraz

"Bəzi ixtisaslar üzrə həkimlərin aylıq əmək haqqlarının artırılması təqdirəlayiqdir. Lakin bu hələ ki, təklif layihəsidir”.   Sfera.az bildirir ki, bunu ...