Gəncədə sinif yoldaşını bıçaqlayan məktəbli saxlanıldı - TƏFƏRRÜAT

Gəncədə sinif yoldaşını bıçaqlayan məktəbli saxlanıldı - TƏFƏRRÜAT
Gəncə şəhər Molla Pənah Vaqif adına 8 nömrəli tam orta məktəbdə sinif yoldaşını bıçaqlayan məktəbli qız saxlanılıb.
 
Sfera.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis baş-leytenantı Eşqin Qasımov məlumat verib.
 
E.Qasımov deyib ki, sinif yoldaşını bıçaqlamaqda şübhəli bilinən məktəbli qızın yeri hadisədən 1 saat sonra müəyyən edilib:
 
DİN rəsmisinin sözlərinə görə, şagirdlər arasındakı münaqişə keçiriləcək tədbir səbəbindən olub:
 
"Belə ki, bıçaqlanılan qız məktəb tərəfindən keçirilən tədbirə qatılacaqmış. Sinif yoldaşı həmin tədbirə özünün gedəcəyini bildirərək, onu bıçaqlayıb".
 
E.Qasımov qeyd edib ki, daha sonra şübhəli şəxs yetkinlik yaşına çatmadığına görə barəsində "Yetkinlik yaşına çatmayanı nəzarət altına vermə" qətimkan tədbiri seçilib və ailəsinə iltizam əsasında təhvil verilib".
 
Məlumat üçün bildirək ki, xəstəxanaya yerləşdirilən məktəblinin vəziyyəti kafi qiymətləndirilir.
 
Qeyd edək ki, iki gün əvvəl Gəncə şəhərində məktəbli qız sinif yoldaşı olan həmcinsinə bıçaqla xəsarət yetirib. Hadisə Gəncə şəhər Molla Pənah Vaqif adına 8 nömrəli tam orta məktəbdə qeydə alınıb. 
  

OXŞAR XƏBƏRLƏR

Ağdamda rəis MİNAYA DÜŞDÜ

Bu gün Ağdam rayonu ərazisində minatəmizləmə əməliyyatı zamanı Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin Döyüş və xüsusi hazırlıq idarəsi...

Sumqayıtda zavodda partlayış: ölən var

Sumqayıtda zavodda qaz balonu partlayıb, ölən var. Bu barədə Sfera.az-a Sumqayıt Şəhər Prokurorluğundan məlumat verilib. Bildirilib ki, mayın 4-ü sa...

Ermənilər mövqelərimizi qumbaraatan və pulemyotlarla atəşə tutdu

Kəlbəcər rayonu istiqamətində mövqelərimiz atəşə tutulub. Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilir ki, mayın 1-i saat 13:40-...

Sərhəddə təxribat – Erməni diversantlar Azərbaycana keçməyə çalışdı

Aprel ayının 23-də saat 18:00 radələrində Azərbaycan-Ermənistan dövlət sərhədinin Zəngilan rayonu ərazisindən keçən hissəsində Ermənistan Silahlı Qüvvələrinin t...

Gəncədə sinif yoldaşını bıçaqlayan məktəbli saxlanıldı - TƏFƏRRÜAT

Gəncə şəhər Molla Pənah Vaqif adına 8 nömrəli tam orta məktəbdə sinif yoldaşını bıçaqlayan məktəbli qız saxlanılıb.   Sfera.az xəbər verir ki, Daxili İş...

İçərisində Azərbaycan vətəndaşları olan gəmi batdı

Tunisin Qabes şəhərinin limanı yaxınlığında ticarət gəmisi batıb. Sfera.az xəbər verir ki, bu barədə "Mosaique FM” radiostansiyası məlumat yayıb. Gəminin ...