Gəncədə məktəbli qız sinif yoldaşını bıçaqladı - TƏFƏRRÜAT/YENİLƏNİB

Gəncədə məktəbli qız sinif yoldaşını bıçaqladı - TƏFƏRRÜAT/YENİLƏNİB
Gəncədə 9-cu sinif şagirdi məktəbli yoldaşına xəsarət yetirməsinin bəzi təfərrüatları məlum olub. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəsmisi Eşqin Qasımov Sfera.az-ın yerli bürosuna bildirib ki, hər iki məktəbli sinif yoldaşıdır.

"Gəncə şəhər Baş Polis İdarəsinə şəhər ərazisindəki məktəblərdən birində təhsil alan 9-cu sinif şagirdi olan qıza müxtəlif bədən xəsarətləri yetirilməsi və xəstəxanaya yerləşdirilməsi ilə bağlı məlumat daxil olub. Məlumatla əlaqədar olaraq polis əməkdaşları dərhal məktəbə gəlib, müvafiq araşdırmalar aparılıb. Məlum olub ki, şagirdə öz sinif yoldaşı, digər bir qız boyun və kürək nahiyəsindən iki bıçaq xəsarəti yetirib. Hazırda Baş Polis İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb araşdırmalar davam etdirilir" - deyə E.Qasımov qeyd edib
 
 
***
 
Gəncədə 9-cu sinif şagirdi məktəbli yoldaşına xəsarət yetirib.
 
Sfera.az-ın yerli bürosunun verdiyi ilkin məlumata görə, hadisə Molla Pənah Vaqif adına 8 nömrəli tam orta məktəbdə qeydə alınıb.

İlkin məlumata görə, 9-cu sinif şagirdi N.A digər məktəbli yoldaşı  A. M-nın boğaz nahiyəsinə kəsici alətlə xəsarət yetirib. 

Xəsarət alan məktəbli özəl xəstəxanalardan birinə yerləşdirilib. Onun vəziyyəti orta ağırdır. Məktəblinin əməliyyat edildiyi bildirilir.

Vüqar
Sfera.az