Gəncədə “Bombanı ürəyimə qoymuşam” deyən şəxsə AĞIR CƏZA

Gəncədə “Bombanı ürəyimə qoymuşam” deyən şəxsə AĞIR CƏZA
Ötən il Gəncədə polisə yalan məlumat verən şəxs barədə qərar verilib. 

Sfera.az-ın məlumata görə, keçən il 2 iyul tarixində Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edərək Gəncə Şəhər İcra Hakimiyyətinin binasına ümumilikdə 13 ədəd partlayıcı yerləşdirildiyini deyən şəxsin 1973-cü il təvəllüdlü Şakir Məmmədov olması üzə çıxıb. Onun barəsində Cinayət Məcəlləsinin 216-cı (Terrorçuluq barədə bilə-bilə yalan məlumat vermə) maddəsi ilə iş açılıb.

Məlum olub ki, polisə zəng edən şəxs İcra Hakimiyyətinə qoyulmuş bombaların 1 saat yarımdan sonra partlayacağını deyib. Araşdırmalar zamanı məlumatın həqiqətə uyğun olmaması üzə çıxıb və Şakir Məmmədovun polisə zəng edərkən sərxoş halda olması dəqiqləşib.  

Ş.Məmmədov ifadəsində bildirib ki, uzun müddət Rusiyada bizneslə məşğul olub və orada xeyli miqdarda borcu üçün Gəncəyə qayıdıb. Lakin daim spirtli içki qəbul etdiyindən anası ona "Jeep” markalı avtomobili idarə etməyə imkan verməyib və maşını gizlədib. Bundan sonra o, anasına əsəbiləşərək polisə yalan məlumat vermək və diqqəti üzərinə cəlb etmək qərarına gəlib:

"Həmin vaxt sərxoş olduğuma görə danışdıqlarım yadıma gəlmir. Daxili İşlər Nazirliyinin 102 xidmətinə məlumat verdikdən sonra polis əməkdaşları gəlib məni sərxoşluq müayinəsindən keçirdilər. Həmin vaxt polislər məndən bombaları haraya qoyduğumu soruşanda sərxoş olduğum üçün "bombanı ürəyimə qoymuşam” dedim”.

Cinayət işi üzrə məhkəmə prosesi Gəncə Ağır Cinayətlər Məhkəməsində keçirilib. Bir neçə gün əvvəl proses başa çatıb və məhkəmə Şakir Məmmədovu qeyd edilən maddə ilə təqsirli bilərək 5 il müddətinə azadlıqdan məhrum edib. O, məhkəmə zalında həbs edilərək təcridxanaya göndərilib. (Qafqazinfo)
 

OXŞAR XƏBƏRLƏR

Əli Həsənov ittihamlara CAVAB VERDİ: "Şahbaz adlı adam tanımıram"

"Mən Xural TV-yə baxmıram, o, adamla da əlaqədar heç bir şey demirəm”.  Sfera.az xəbər verir ki, bu sözləri Demokrat.az-a açıqlamasında Qaçqınları...

SON DƏQİQƏ: Tanınmış jurnalistin vəfatı xəbəri yayıldı - Bu ölkədə imiş...

Tanınmış jurnalist İradə Cəlilin vəfatı ilə bağlı xəbər yayılıb.   Jurnalistin yaxınları Yenicag.az-a verdikləri açıqlamada, "Ölüm xəbəri yalandı...

Fuad Vəlixanov vəfat etdi

Tanınmış televiziyaçı, Azərbaycanın Əməkdar incəsənət xadimi Fuad Vəlixanov vəfat edib.   Sfera.az-ın məlumatına görə, xeyli vaxtdır xəstəlikdən əziyy...

FHN kapitanın minaya düşməsilə bağlı cinayət işi açıldı - RƏSMİ

Fövqəladə Hallar Nazirliyinin (FHN) zabitinin Ağdamda mina partlayışı nəticəsində xəsarətləri alması fakt üzrə rayon hərbi prokurorluğunda cinayət işi başlanılı...

"YouTube", "Facebook", "TikTok istifadəçiləri bu halda cəzalana bilər – Hüquqşunasdan AÇIQLAMA

"YouTube", "Facebook", "TikTok" və digər sosial şəbəkə platformaları artıq həyatımızın bir parçasına çevirilib. Platformalardan sadəcə istifadə edənlərlə yanaşı...

Bakı yollarındakı SON VƏZİYYƏT

Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi paytaxt yollarındakı son vəziyyətlə bağlı məlumat yayıb. Bu barədə Sfera.az-a Mə...