Gənc qızı intihara məcbur edən İsmayıl DANIŞDI: "Cəzamın yüngülləşdirilməsini xahiş edirəm"

Gənc qızı intihara məcbur edən İsmayıl DANIŞDI:
Şəkidə sevdiyi qızı intihara məcbur etməkdə ittiham edilən 21 yaşlı İsmayıl Rəhimov ona verilən cəzadan narazıdır
 
"Qafqazinfo”nun məlumatına görə, 2001-ci il təvəllüdlü Məlahət Quliyevaya (ad və soyad şərtidir) hədə-qorxu gələrək onu özünü öldürməyə məcbur edən və Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə təqsirləndirilərək 7 il həbs cəzası verilən İsmayıl apellyasiya şikayəti verərək cəzasının yüngülləşdirilməsini tələb edib.

Şəki Apellyasiya Məhkəməsində şikayətə baxılarkən İsmayıl ona təqsirləndirildiyi maddə üzrə yuxarı həddə cəza verildiyini deyib və həbs müddətinin azaldılmasını xahiş edib: "Bu hadisədə mən də təqsirkaram, özümə bəraət qazandırmıram. Belə bitməsini istəmirdim. Odur ki, apellyasiya şikayətinin təmin edilməsini və mənə verilmiş cəzanın yüngülləşdirilməsini xahiş edirəm”.

İsmayılın vəkili də çıxış edərək onun cəzasının yüngülləşdirilməsinin, eləcə də ona bəraət verilməsinin mümkün olduğunu deyib: "İsmayıl mərhum Məlahəti çox sevirdi və buna görə də təbii ki, heç vaxt onun özünü öldürməsini arzu etməyib, edə də bilməzdi. İsmayıl sadəcə onu çox sevdiyi üçün ondan əl çəkmək istəməyib. Çünki onlar 3 ilə yaxın idi ki, sevgili idilər və bir-birlərini çox sevirdilər. Bundan başqa mərhumun telefonuna, meyitə baxış keçirilən zaman və hadisə yeri tətqiq edilərkən müdafiə tərəfinin və hal şahidlərinin iştirakı təmin edilməyib”.

Məhkəmə kollegiyasının iclasında çıxış edən dövlət ittihamçısı isə İsmayılın və vəkilinin apellyasiya şikayətinin təmin edilməməsini xahiş edib.
Şəki Apellyasiya Məhkəməsi şikayətin təmin edilməməsi ilə bağlı qərar verib.

Xatırladaq ki, istintaq zamanı tələbə olan Məlahət Quliyevanın sinif yoldaşı və keçmiş sevgilisi olan İsmayıl tərəfindən intihara məcbur edilməsi üzə çıxıb. Belə ki, araşdırma zamanı Məlahətin telefonundakı son yazışmaları diqqət cəlb edib. 20 yaşlı qız başqası ilə ailə həyatı quracağını dedikdən sonra oğlan tərəfindən şantaj edilib. Mayın 10-da İsmayıl ardıcıl mesajlar yazaraq Məlahəti təhqir edib, onun intihar etməsini tələb edib. Əks halda sevgili kimi görüşdükləri vaxt çəkdiyi görüntüləri Məlahətin atasına və qardaşına göndərəcəyi ilə hədələyib. 

İsmayıl Məlahət qarşısında konkret vaxt təyin edərək həmin vaxt daxilində intihar etməsini, yoxsa görüntüləri yayacağını deyib.

OXŞAR XƏBƏRLƏR

Şamili öldürüb 24 gün sonra tutulan şəxs dostu imiş... - Bakıdakı QƏTLİN TƏFƏRRÜATI

Bakıda 24 gün əvvəl törədilən qətllə bağlı bəzi məqamlar üzə çıxıb. Sfera.az xəbər verir ki, söhbət bu ilin aprel ayının 23-də paytaxtın Nərimanov rayonu ər...

“Eldar Mahmudovun adından böyük məbləğlərdə pullar tələb edirdi” – MTN işində şok ifadələr

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi Baş İstintaq İdarəsinin rəisi, general-mayor Mövlam Şıxəliyev, istintaq idarəsinin rəis müavini, 1-ci şöbənin rəisi Y...

İlkin Süleymanovdan ŞOK İFADƏ: "Rəis müavini deyirdi ki, boynuna alsan da, almasan da..."

Tovuz rayonunun Dondar Quşçu kəndində 10 yaşlı Nərmin Quliyevanı qətlə yetirməkdə ittiham olunan İlkin Süleymanovun cinayət işi üzrə məhkəmə araşdırması davam e...

Sakinlər təhlükə ilə üz-üzə: Bakıda narkomanların yeni məskəni haradır? - VİDEO

Paytaxtın Qaradağ rayonu, Sahil qəsəbəsində inşası yarımçıq qalan beşmərtəbəli bina narkotik aludəçilərinin məskəninə çevrilib.   Bu barədə yaxın...

Azərbaycanda dəhşətli hadisə: Polis şöbəsində özünü DOĞRADI

Mingəçevir şəhərində həbs edilmiş şəxs özünə xəsarətlər yetirib. Sfera.az xəbər verir ki, hadisə Mingəçevir Şəhər Polis İdarəsinin Müvəqqəti Saxlama Yerin...

Azərbaycanda bu maddələrin satışı ilə məşğul olanlar 10 il HƏBS EDİLƏCƏK

Azərbaycanda güclü təsir edən və ya zəhərli maddələrin satış məqsədilə qanunsuz dövriyyəsi ilə məşğul olanlar 10 il həbs ediləcək.   Sfera.az xəbər verir...