Gecə klubunda partlayışa görə tutulan inzibatçıdan YENİ XƏBƏR

Gecə klubunda partlayışa görə tutulan inzibatçıdan YENİ XƏBƏR
Bakıda gecə klubunda partlayışa görə həbs edilən Rəsul Rəsulov apelyasiya şikayəti verib.

Sfera.az bildirir ki, bu barədə APA-ya onun vəkili məlumat verib.

O bildirib ki, onlar ötən gün Binəqədi rayon Məhkəməsinin qəbul etdiyi qərardan şikayət veriblər: "Rəsul Rəsulov 3-cü qrup əlildir, astma xəstəliyindən əziyyət çəkir. Həmçinin himayəsində yataq xəstəsi olan anası var”.

Qeyd edək ki, aprelin 3-də gecə saat 03 radələrində paytaxtın Səbail rayonu ərazisində yaşayış binasının 1-ci mərtəbəsində yerləşən "Location” gecə klubunda partlayış baş verməsi nəticəsində 1 nəfərin ölməsi, 37 şəxsin müxtəlif dərəcəli bədən xəsarətləri alması, 14 avtomobil, 1 mənzil və 2 qeyri yaşayış obyektinə ziyan dəyməsi faktı əsasında Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanmış cinayət işinin istintaqı Baş Prokurorluğun İstintaq idarəsi tərəfindən aparılır.

Toplanmış ilkin sübutlarla müəyyən edilib ki, qeyd olunan obyektin mətbəxində qanunsuz olaraq, eləcə də mövcud qaydaların tələbləri pozulmaqla propan qazının sıxılmış mayesi ilə dolu olan qaz balonundan istifadə edilib, həmin qaz balonunun partlaması binada dağıntılara və yanğına səbəb olub.

İstintaq zamanı yanğın təhlükəsizlik qaydalarının riayət edilməsinə məsul olan iaşə obyektini icarəyə götürmüş "Merser food” MMC-də administrator işləyən Rəsul Rəsulova Cinayət Məcəlləsinin 225.2-ci (yanğın təhlükəsizliyi qaydalarını pozma - ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda), həmin MMC-nin təsisçisi-klubun meneceri Orxan Səfərova Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq-ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə ittiham elan edilib.

Eyni zamanda istintaq zamanı, qeyd olunan ərazi üzrə yanğın təhlükəsizliyinin təmin edilməsinə məsul olan - Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin 2-ci Ərazi Dövlət Yanğın Ərazi idarəsinin inspektoru Ruslan Məmmədov tərəfindən vəzifələrin icrası zamanı səhlənkarlığa yol verilməsi müəyyən edildiyindən, sonuncu Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunub.

Hər üç şəxs barəsində Binəqədi rayon məhkəməsinin müvafiq qərarları ilə həbs qətimkan tədbiri seçilib.

OXŞAR XƏBƏRLƏR

Bakıda məktəbdə şagird bıçaqlandı - Saxlanılan var

Bakıda məktəbdə şagirdlər arasında bıçaqlanma hadisəsi baş verib. Sfera.az-ın məlumatına görə, hadisə Xəzər rayonu, Binə qəsəbəsində yerləşən 218 saylı or...

Bakı metrosunda həyəcanlı anlar - Nasazlıq YARANDI

"Həzi Aslanov-Dərnəgül" marşrutu üzrə hərəkət edən qatar "Gənclik" stansiyasında ikən sərnişin salonunda tüstü effektli spesifik qoxu hiss olunub.   "...

Hərbçimiz yol qəzasında həlak oldu

Azərbaycan Ordusunun hərbi qulluqçusu yol qəzasında həyatını itirib. Sfera.az xəbər verir ki, hadisə Füzuli rayonu Qayıdış 1 qəsəbəsi ərazisində qeydə alı...

Bakıda dəhşətli QƏZA: Lüks avtomobilin sahibi hadisə yerində öldü

Bakı-Quba yolunda ölümlə nəticələnən qəza olub. Sfera.az-ın məlumatına görə, hadisə mayın 11-i saat 22:50-də yolun Siyəzən rayonu ərazisindən keçən hissəs...

Qızıl şirkətinin azərbaycanlı sahibi ağır qəzada öldü - FOTO

Xarici ölkədə qızıl mədənçiliyi ilə məşğul olan azərbaycanlı biznesmen həyatını itirib. Sfera.az Ölkə.az-a istinadən xəbər verir ki, "Arifoglu Gold" şirkə...

Jurnalist Aytən Məmmədova bıçaqlı hücuma məruz qaldı - FOTO

Jurnalist Aytən Məmmədova bıçaqlı hücuma məruz qalıb. Sfera.az-ın məlumatına görə, hadisə Binəqədi rayonu ərazisində baş verib. Belə ki, jurnalistin ta...