Füzulidə xəstəxananın vəzifəli əməkdaşı döyüldü

Füzulidə xəstəxananın vəzifəli əməkdaşı döyüldü
Füzuli Rayon Mərkəzi Xəstəxanasının əməkdaşı, xəstəxananın katibliyinin bölmə müdiri Vüqar Əliyev döyülüb.

Sfera.az
xəbər verir ki, bu barədə Report-a V.Əliyev özü məlumat verib.

O qeyd edib ki, ötən gün, mayın 5-də saat 16 radələrində üç nəfər şəxs xidməti otağında onu təhqir edərək döyüblər:

"Belə ki, müvafiq əmrlə yaş həddinə görə işdən çıxarılan kənd məntəqəsində feldşer işləyən 72 yaşlı Oktay Əliyevin qohumları buna etiraz ediblər. Onlara izah etdim ki, bu, mənim səlahiyyətimə aid olan məsələ deyil. Müvafiq qanunvericiliklə yaş həddinə görə işinə xitam verilib. Hələ üç il bundan əvvəl onun yaşa görə işdən çıxmalı olsa da, müqavilə əsasında əməkdaşlığımız davam edirdi. TƏBİB artıq əməkdaşlığa ehtiyac görmədiyindən yenidən müqavilə imzalanmadı.

Söyüş söyməyə başladılar və bildirdim ki, xəstəxanada qadınlar var, ayıbdır. Oktay Əliyev oğluna zəng edərək dedi ki, məni burada öldürürlər. Bundan sonra onun oğlu Füzuli rayon sakini Orxan Əliyev və yeznəsi Yasin adlı şəxs içkili halda otağıma gələrək məni təhqir etdi, fiziki zorakılıq göstərərək döydülər. Hətta Orxan məni boğaraq qəsdən öldürməyə cəhd edib. Həkim müayinəsindən də keçmişəm, qulağımda küt travma, boğazaltı nayihənin körpücük sümüyünün əzilməsi diaqnozu qoyulub. Üzərlərində silah da var idi. Hətta xəstəxananın direktoruna da hədə-qorxu gəliblər”.

Zərərçəkən bildirib ki, məsələ ilə əlaqadar aidiyyəti üzrə müraciət edilib, polisə də məlumat verilib.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupunun baş inspektoru, polis baş leytenantı Aslan Qiyaslı bildirib ki, məsələ ilə bağlı Füzuli Rayon Polis Şöbəsində araşdırma aparılır.




 

OXŞAR XƏBƏRLƏR

Mərdəkan Dendrarisinin direktoru faciəli şəkildə vəfat etdi

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Dendrologiya İnstitutunun (Mərdəkan Dendrarisi) direktoru Tofiq Məmmədov faciəli şəkildə vəfat edib. Sfera.a...

Bakıda məktəbdə şagird bıçaqlandı - Saxlanılan var

Bakıda məktəbdə şagirdlər arasında bıçaqlanma hadisəsi baş verib. Sfera.az-ın məlumatına görə, hadisə Xəzər rayonu, Binə qəsəbəsində yerləşən 218 saylı or...

Baş redaktor sirkə turşusu içib zəhərləndi – Ağır vəziyyətdə xəstəxanaya yerləşdirildi

Bakıda jurnalist Nəsimi Şərəfxanlı evində sirkə turşusu içərək zəhərlənib.  Sfera.az xəbər verir ki, o, dərhal Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbə...

Bakı metrosunda həyəcanlı anlar - Nasazlıq YARANDI

"Həzi Aslanov-Dərnəgül" marşrutu üzrə hərəkət edən qatar "Gənclik" stansiyasında ikən sərnişin salonunda tüstü effektli spesifik qoxu hiss olunub.   "...

Maşından küçələrə “yüz manatlıq” səpdi, həbs edildi

Bakıda avtomobilin pəncərəsindən küçələrə saxta 100 manatlıq əsginaslar səpən şəxs tutulub. Sfera.az bildirir ki,"Qafqazinfo”nun əldə etdiyi məlumata görə...

Qərargah rəisindən yanğınla bağlı AÇIQLAMA: 7 nəfər təxliyə edilib

Bu gün saat 22:29 radələrində Fövqəladə Hallar Nazirliyinin "112” qaynar telefon xəttinə Bakı şəhəri, Yasamal rayonu, Çingiz Mustafayev küçəsində yanğın baş ver...