Füzulidə 26 yaşlı gənc minaya düşdü
13:41 / 23.03.2022
2166
Füzulidə mülki şəxs minaya düşüb.
Sfera.az-ın xəbərinə görə, Füzuli rayonunun işğaldan azad edilmiş ərazilərində 1996-cı il təvəllüdlü Vüqar Zülfüqarlı minaya düşüb.
Nəticədə o, ağır bədən xəsarətləri alıb.
Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib ki, faktla bağlı Füzuli rayon Prokurorluğunda araşdırma aparılır.