"Formula 1" Rusiya Qran-prisi ilə müqaviləyə xitam verdi
15:36 / 03.03.2022
976
"Formula 1" Rusiya Qran-prisi ilə müqaviləyə xitam verib.
Sfera.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.
Sözləşmə 2025-ci ilədək nəzərdə tutulmuşdu.
Qeyd edək ki, Rusiya Qran-prisi 2014-cü ildən Soçidə təşkil olunmağa başlayıb. Yarışın 2023-cü ildən Sankt-Peterburqda keçirilməsi planlaşdırılırdı.
Daha əvvəl 23 - 25 sentyabrda Rusiyada baş tutmalı olan yarış ləğv olunub.