Finlandiya NATO-ya üzv olmaq qərarını rəsmən elan ETDİ
15:43 / 15.05.2022
2045
"NATO-ya üzv olmaq üçün rəsmən müraciət edəcəyik".
Sfera.az Türkiyənin CNN telekanalına istinadən verdiyi xəbərə görə, bunu bu gün jurnalistlərə açıqlamasında Finlandiya Prezidenti Sauli Niinistö bildirib.
"Bu gün Prezident və Xarici siyasət və siyasət təhlükəsizliyi üzrə komitə qərara gəldi ki, Finlandiya NATO üzvlük üçün ərizə təqdim etsin", - deyə o qeyd edib.