Fərrux yüksəkliyində səngər qazan Azərbaycan hərbçiləri insan qalıqları aşkarladı - Tükürpədici FAKT/FOTOLAR

Fərrux yüksəkliyində səngər qazan Azərbaycan hərbçiləri insan qalıqları aşkarladı - Tükürpədici FAKT/FOTOLAR
Azərbaycan ordusunun bölmələri Xocalı inzibati rayonunun Fərrux kəndini və kəndin ətrafındakı Daşbaşı yüksəkliyini nəzarətə götürdükdən sonra orada səngər qazarkən insan qalıqları aşkar ediblər. KİV-lər xəbər verir ki, həmin qalıqların 1-ci Qarabağ müharibəsi zamanı Fərrux kəndi və Daşbaşı yüksəkliyi uğrunda gedən şiddətli döyüşlər zamanı şəhid olmuş Azərbaycan hərbçilərinə aid olduqları təxmin edilir.
 
Qeyd edək ki, 1-ci Qarabağ müharibəsi zamanı əvvəlcə Milli Qəhrəman Şirin Mirzəyevin batalyonu Daşbaşı yüksəkliyini düşməndən azad edib, lakin əldə saxlaya bilməyib. Yüksəklik dəfələrlə əldən-ələ keçib, düşmən oradan Ağdam şəhərini və kəndlərini daimi atəş altında saxlayıb. 1993-cü ilin qış əməliyyatında da Fərrux yüksəkliyi uğrunda şiddətli döyüşlər gedib, Azərbaycan ordusu bu döyüşlərdə yüzlərlə itki verib.

Tapılmış qalıqlarla bağlı müvafiq araşdırma və dəqiqləşmələr aparıldığı bildirilir.

/virtualaz.org


OXŞAR XƏBƏRLƏR

Qızıl şirkətinin azərbaycanlı sahibi ağır qəzada öldü - FOTO

Xarici ölkədə qızıl mədənçiliyi ilə məşğul olan azərbaycanlı biznesmen həyatını itirib. Sfera.az Ölkə.az-a istinadən xəbər verir ki, "Arifoglu Gold" şirkə...

Jurnalist Aytən Məmmədova bıçaqlı hücuma məruz qaldı - FOTO

Jurnalist Aytən Məmmədova bıçaqlı hücuma məruz qalıb. Sfera.az-ın məlumatına görə, hadisə Binəqədi rayonu ərazisində baş verib. Belə ki, jurnalistin ta...

Ana 2 azyaşlı körpəsini sığınacağa atıb qaçdı - FOTOLAR

Azərbaycanda ana 2 azyaşlı körpəsini sığınacağın qapısına qoyaraq qaçıb.   Sfera.az bildirir ki, bu barədə Qadın və Uşaq Sığınacağı məlumat yayıb.  ...

MN məlumat yaydı: Xəzərdə gəmi minaları aşkarlanıb, hərəkət dayandırılıb - FOTO

"UMID BABEK OPERATING COMPANY" əməliyyat şirkətinin Azərbaycan Respublikasındakı filialı tərəfindən Xəzər dənizinin Azərbaycan sektorunda aparılan ərazi kəşfiyy...

Klubdakı partlayışdan sonra bu gün vəfat edən Fərqanənin FOTOLARI

Bakıda "Location” gecə klubunda yaralananlardan biri vəfat edib. Sfera.az xəbər verir ki, bu, 1999-cu il təvəllüdlü Eynullayeva Fərqanə Fərhad qızıdır. &nbs...

İranla sərhəddə ATIŞMA: ölən var - FOTO

İrandan Azərbaycana narkotik keçirmək istəyən şəxslər sərhədçilərə atəş açıb. Sfera.az xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidməti (DSX) və Baş Proku...