"Sülhməramlıların prosesdəki səlahiyyətləri məhdudlaşdırılmalıdır" - Fərhad Məmmədovla MÜSAHİBƏ

 

İrəvanda, Baş nazir Nikol Paşinyanın rəhbərliyi ilə Ermənistan Təhlükəsizlik Şurasının iclası keçiriib, iclasda Ermənistan və Qarabağdakı vəziyyət, Qarabağ ermənilərinin "təhlükəsizliyi" məsələləri müzakirə edilib.


İclasda bir vaxtlar Ermənistanın Azərbaycanın Dağlıq Qarabağ bölgəsində yaratdığı marionet rejiminin qalıqlarının nümayəndəsi Araik Arutyunyan iştirak edib. İclasda bir vaxtlar Ermənistanın Azərbaycanın Dağlıq Qarabağ bölgəsində yaratdığı marionet rejimin qalıqlarının nümayəndəsi AraikArutyunyan da iştirak edirdi.


Siyasi şərhçi Fərhad Məmmədovla Ermənistanın beynəlxalq hüquqa zidd olaraq, qanunsuz rejimin strukturunu qorumaq və dəstəkləmək cəhdləri, Qarabağ ermənilərinin Azərbaycan cəmiyyətinə reinteqrasiya edilməsi haqda danışdıq.


- İrəvanda Nikol Paşinyanın rəhbərliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilib. Marionet rejim qalıqlarının nümayəndəsi Arayik Arutyunyanın da sözügedən toplantıya qatılıb.Sizcə, Arutyunyanın görüşdəki iştirakını nə ilə izah etmək olar?


- Ermənistan hakimiyyətinin bütün bu hərəkətlərini-Təhlükəsizlik Şurasının iclasının Arutyunyanın iştirakı ilə keçirilməsini, xarici işlər naziri Ara Ayvazyanın Azərbaycanın Qarabağ bölgəsinə səfərini daha çox bu ölkədəki daxili siyasi proseslər və Nikol Paşinyanın son zamanlardakı fəallığı ilə əlaqələndirərdim.

Paşinyan Ermənistan cəmiyyətinə anlatmağa çalışır ki, praktik olaraq, Azərbaycanla dövlətlərarası münasibətlər qurmaqdan başqa çıxış yolu yoxdur.

 

Bizim ölkəyə gəlincə isə, bu gün Azərbaycanı qayğılandıran bir çox məsələ var.

 

Beləliklə, yaxın bir neçə ildə Azərbaycanın qarşısında duran əsas vəzifə Qarabağ bölgəsi ərazisindəki Rusiya sülhməramlılarının məsuliyyət zonasında tam atəşkəsə nail olmaqdır. Bununla bağlı hansı mexanizmlərin tətbiq ediləcəyini isə görəcəyik.


Digər tərəfdən, Ermənistanla sərhəd məsələsini həll etmək, azad edilmiş Kəlbəcər, Laçın və digər bölgələrdə müvafiq sərhəd infrastrukturu yaratmaq və s. Bütün bu məsələlərin həlli müəyyən bir zaman tələb edir. Bu müddətdə isə artıq Ermənistanla hansısa münasibətlər barədə müzakirə aparmaq olar.

Amma anlamaq lazımdır ki, Azərbaycanla Ermənistan arasındakı dövlətlərarası münasibətlərlə Qarabağ ermənilərinin Azərbaycan cəmiyyətinə reinteqrasiyası tamamilə fərqli məsələlərdir. Bu prosesin mexanizmləri və stimullaşdırıcı elementləri, eləcə də sülhməramlıların sözügedən prosesdəki rolu müəyyənləşdirilməlidir.

 

Amma düşünürəm ki, sülhməramlıların bu prosesdəki səlahiyyətləri məhdudlaşdırılmalıdır: onların vəzifəsi AzərbaycanınDağlıq Qarabağ bölgəsinin "idarəçiliyindən" deyil, yalnız və yalnız atəşkəs rejiminin müşahidəsindən ibarət olmalıdır.

 

Həmçinin heç bir halda Qarabağ ermənilərinin taleyini Ermənistanla müzakirə etməyə imkan vermək olmaz, çünki bunun üçün artıq heç bir əsas yoxdur. Əvvəllər bu ərazilər işğal altında idi, Ermənistanın silahlı qüvvələri orada idi, amma onlar həmin ərazilərdən çıxarıldı, demək müzakirə üçün mövzu da yoxdur.

 

- Marionet rejim qalıqlarının bundan sonra "təhlükəsizliyi təmin etmək” məqsədilə Ermənistan silahlı qüvvələri hesabına öz quldur qruplaşmalarının sıralarını genişləndirə bilməyəcəklərinə görə keçirdiyi rahatsızlığı necə şərh edə bilərsiniz? Elə təsəvvür yaranır ki, onlar indiyə qədər yeni reallıqları dərk edə bilməyiblər, həmçinin anlamayıblar ki, xəyali qurumun heç bir "silahlı qüvvələri” ola bilməz...


- Qarabağdakı ermənilər Ermənistanın silahlı qüvvələrinə alternativ axtarırlar, reallığı qəbul etmək istəmirlər. Bundan əvvəl tanınmamış rejimin "təhlükəsizlik şurasının katibi" Vitali Balasanyan "müdafiə ordusu" yaradılması ilə bağlı təxribat xarakterli açıqlama vermişdi, indi də Arutyunyan İrəvanda Qarabağın "təhlükəsizlik" məsələsini müzakirə edir. Onların beyin fəaliyyəti hələ də Azərbaycandan kənarda hansısa "status" yaratmağa yönəldilib, amma zamanla Azərbaycan daxilində yaşamalı olduqlarını anlayacaqlar, çünki Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir. Bu, Rusiya da daxil olmaqla, beynəlxalq ictimaiyyət tərəfindən dəfələrlə bəyan edilib.


Onlar anlamalıdırlar ki, istənilən arqument və mülahizələri beynəlxalq hüquqla toqquşur. Beynəlxalq hüquqla isə hesablaşmaq lazımdır. Bax indi Azərbaycanla Ermənistan arasında sərhədlərin müəyyənləşdirilməsi prosesi gedir. Amma hansı xəritəyə əsasən? Sovetlər dönəmində mövcud olan və beynəlxalq hüquq tərəfindən tanınan xəritəyə əsasən.

 

Hüquqi baxımdan Qarabağ erməniləri Ermənistan vətəndaşlarıdır və Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərində yaşayırlar. Azərbaycan hökuməti onlara mütləq seçim təqdim edəcək- Azərbaycan ərazisini tərk edib vətəndaşı olduqları ölkədə yaşamaq və ya Azərbaycan vətəndaşlığını qəbul edərək, bütün Azərbaycan vətəndaşlarına şamil olunan hüquqlarla kifayətlənərək Azərbaycan ərazisində, Qarabağda yaşamağa davam etmək, Hər şey çox sadədir. Amma, görünür, bunu anlamaqları üçün müəyyən bir zamana ehtiyacları var.


Bizim ərazimizdə olan əcnəbi dövlətin istənilən silahlı vətəndaşı isə təcavüzkar sayılacaq və onunla bağlı müvafiq tədbirlər həyata keçiriləcək.

 

- Ermənistan Təhlükəsizlik Şurasının iclasında Ermənistan vətəndaşlarının Dağlıq Qarabağda xidmət keçməsi məsələsi də qaldırıldı. Belə çıxır ki, olanlardan dərs almayıblar və yenidən gərginlik yaratmağa çalışırlar?

 

- Ermənistan əvvəllər də silahlı qüvvələrinin Dağlıq Qarabağda olmasını rəsmən etiraf etmirdi. Rəsmi olaraq, Paşinyanın oğlu da daxil olmaqla, çağırışçılar Ermənistanda hərbi xidmətə gedirdilər, sonra isə onların guya "könüllü" olduqlarını təsdiqləyən kağız parçasına imza ataraq Qarabağa yollanırdılar. Amma gözəl anlayırıq ki, onlar əslində könüllü deyil, Ermənistan Silahlı Qüvvələrinin zorla Qarabağa göndərilən hərbçiləri idi.

 

Düşünürəm ki, indi heç bir Ermənistan vətəndaşı həyatını riskə atıb Azərbaycan ərazisinə xidmətə getməz və onu ümumiyyətlə ora buraxmazlar.


- Bəs Arayik Arutyunyanın taleyi necə olacaq? Gələcək onu nə gözləyir?


- Bu gün məsələnin hüquqi tərəfi ondan ibarətdir ki, Arutyunyan 44 günlük müharibədə hərbi cinayət törətdiyini-Azərbaycan şəhəri Gəncəni raket bombardmanına məruz qoyduğunu etiraf edən Ermənistan dövlətinin vətəndaşıdır. Bütün bunlar sənədləşdirilib-onun bəyənatları, sosial şəbəkələrdəki paylaşmaları və s. Azərbaycan Baş Prokurorluğu onun haqqında cinayət işi açıb. Yəni, yuxarıda qeyd edildiyi kimi, onlara seçim vermək - Ermənistan vətəndaşlığını saxlayaraq, vətəndaşı olduqları ölkəyə qayıtmaq, ya da Azərbaycan vətəndaşlığını qəbul edərək, Azərbaycan qanunvericiliyinə uyğun olaraq yerli özünüidarə orqanlarına seçilmək və seçmək hüququ qazanmaq.

 

Bu məsələlərin hər biri ayrıca müzakirə olunmalıdır. Ola bilsin, Qarabağ ermənilərinin beynəlxalq səviyyədə tanınmış Azərbaycan ərazisind qalmaqları üçün hansısa müvəqqəti qanunvericilik aktları qəbul olundu. Qeyd edilməlidir ki, sözügedən məsələ bütün nüansları razılaşdırılan, mərhələllərinə, terminalogiyasına aydınlıq gətirilən sülh yolu ilə həll olunmadı...Məsələ hərbi yolla həll olundu, bu üzdən gələcəkdə ola bilsin, Rusiyanın, yaxud digər beynəlxalq qurumların vasitəçiliyi ilə Bakı və Qarabağ erməniləri arasındakı danışıqlar sayəsində həll olunacaq bir sıra məsələlər gündəmdə qalır.

 

Burada vacib məqamlardan biri, Azərbaycanın məsələni Ermənistanın iştirakı olmadan, birbaşa Qarabağ erməniləri ilə həll etməsidir. Çünki Qarabağ ermənilərinin "təhlükəsizlik qarantı” olduğunu deyən Ermənistanın əslində heç bir səlahiyyətləri yoxdur.

 

Azərbaycan iki müstəvidə danışıqlar aparacaq: Ermənistan Respublikası və Qarabağ erməniləri ilə. Ermənistanla aparılan danışıqların mövzusu beynəlxalq münasibətlər, Qarabağ erməniləri ilə isə onların Azərbaycan cəmiyyətinə reinteqrasiyası olacaq.

 

Mənbə: 1 News.az

Tərcümə: Selcan

Sfera.az

 

 


OXŞAR XƏBƏRLƏR

“Həyat yoldaşını qumarda uduzan adamdan nə gözləyəsən?” – Dilqəm Əsgərovun Şahbaz haqda heç yerdə demədikləri... - MÜSAHİBƏ

Sfera.az bildirir ki, Gündəm.az-ın suallarını yeddi il Ermənistanda əsirlikdə olan və 2020-ci ilin dekabrında Azərbaycana qaytarılan Dilqəm Əsgərov cavablandırı...

Tanınmış hüquqşünas mirasla bağlı qalmaqallı məsələlərə aydınlıq gətirdi – MÜSAHİBƏ

Sfera.az saytının bu dəfəki qonağı tanınmış hüquqşunas, "Ata-Hüquq” şirkətinin rəhbəri Elnur Abbaszadədir.   Müsahibəni təqdim edirik:   - El...

Mariya Zaxarova Qarabağ danışıqları ilə bağlı yeni DETALLARI AÇIQLADI

Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova Azərbaycanın Ermənistana təklif etdiyi baza prinsiplərinə əsasən yekun sülh müqaviləsinin imzala...

“5-10 günlük ehtiyatları qalıb, Putin nə qədər tez qərar versə…” – Vahid Əhmədovla MÜSAHİBƏ

Sfera.az xəbər verir ki, millət vəkili Vahid Əhmədov Gundem.az-ın suallarını cavablandırıb.  Müsahibəni təqdim edirik.  - Vahid müəllim, ö...

"Qara gün" üçün pul yığırdıq" - Araz Ağalarov Rusiyadakı çətin vəziyyətdən DANIŞDI

Azərbaycanlı biznesmen Araz Ağalarov Qərb ölkələrinin Rusiyaya qarşı sanskiyaları, rubl və dolların hazırkı vəziyyəti və s. mövzular ətrafında "Komsomolskaya pr...

Məmmədov: Mehdiyev AMEA-nı öz ağlı ilə idarə edə bilmir

Azərbaycan Milli Elmlər Akademiyasının işlər idarəsinin sabiq müdiri, keçmiş deputat Elton Məmmədovun "Qafqazinfo”ya müsahibəsi: - Elton müəllim, son günl...