Fazil Məmmədovun prezidenti olduğu federasiya ləğv edildi - RƏSMİ

Fazil Məmmədovun prezidenti olduğu federasiya ləğv edildi - RƏSMİ
Bu gün Gənclər və İdman Nazirliyinin növbəti Kollegiya iclası keçirilib. İclasın gündəliyinə əsasən, nazirliyin 2022-ci ilin mart ayı üçün perspektiv iş planı müzakirə olunaraq təsdiqlənib.

Sfera.azxəbər verir ki, ölkədə bədən tərbiyəsi və idmanın inkişafındakı xidmətlərinə görə, eləcə də müvafiq idman növlərində tələb normalarını yerinə yetirdikləri nəzərə alınaraq bir qrup mütəxəssisə "Azərbaycan Respublikasının Əməkdar məşqçisi” və "Azərbaycan Respublikasının Əməkdar İdman Ustası” fəxri adları verilməsi qərara alınıb.

İclasda həmçinin ölkə ərazisində yayılan idman növlərinin və fənlərinin tanınması, ictimai birliklərə respublika idman federasiyası statusunun verilməsi haqqında xüsusi komissiyanın arayışı müzakirə edilib.

Kollegiyanın qərarına əsasən, "Azərbaycan Şahmat Federasiyası” İB, "Azərbaycan Atıcılıq Federasiyası” İB, "Azərbaycan Stolüstü Tennis Federasiyası” İB, "Azərbaycan Triatlon Federasiyası” İB akkreditasiyadan keçiblər.

Bundan başqa, "Azərbaycan Peyntbol Federasiyası” İB, "Otüstü Hokkey Federasiyası” İB və "Azərbaycan Turan Do Federasiyası” İB fəaliyyət göstərmədikləri üçün akkreditasiyadan keçirilmələri mümkünsüz olduğundan federasiya statusları ləğv edilib.

Sonda nazir Fərid Qayıbov MDB İcraiyyə Komitəsinin qərarına əsasən, qurumun Fəxri Fərmanı ilə təltif edilmiş, nazirliyin sağlam həyat tərzinin təbliği və sosial proqramlar sektorunun müdiri Nərmin Aslanbəyovaya  həmin mükafatı təqdim edib.

Qeyd edək ki, Otüstü Hokkey Federasiyasının prezidenti sabiq vergilər naziri Fazil Məmmədov olub.

OXŞAR XƏBƏRLƏR

Müsəlman futbolçu LGBT dizaynlı forma ilə meydana çıxmaqdan imtina etdi - FOTO

Fransanın məşhur "PSG” (Paris Saint-Germain) futbol klubunun LGBT dizaynlı forması qalmaqala səbəb olub.     Sfera.az xəbər verir ki, klubun müsəl...

"Atom" İdman Klubu bu uşaqlar üçün sosial aksiya keçirdi - FOTOLAR

"Atom" İdman Klubunun rəhbərliyi sosial aksiyaya start verib.   Sfera.az xəbər verir ki, sözügedən aksiya ilə bağlı millət vəkili Elnur Allahverdiyev pa...

Fərid Qayıbov və Ülvi Quliyev karateçilərlə görüşdü - FOTOLAR

Aprelin 21-də gənclər və idman naziri Fərid Qayıbov və Azərbaycan Karate-do Federasiyaları Assosiasiyasının prezidenti Ülvi Quliyev 01-03 aprel 2022-ci il tari...

Ronaldoya ağır itki üz verdi: Övladlarından birini itirdi - FOTO

İngiltərə Premyer Liqa komandalarından olan "Mançester Yunayted"in portuqaliyalı futbolçusu Kriştiano Ronaldo və sevgilisi Georgina Rodriguez yeni doğulan əkizl...

Əfsanəvi futbolçu indi döşəmələri süpürür - Paylaşdığı FOTOLAR fanatlarını kədərləndirdi

"Real Madrid"in canlı əfsanəsi İker Kasilyasın son paylaşımı pərəstişkarlarını kədərləndirib.   Sfera.az bildirir ki, infarkt keçirdikdən sonra futbolu t...

Abşeron rayonunda silsilə idman yarışları keçirildi - FOTO

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə "6 aprel-Beynəlxalq İdman Günü” münasibətiilə 6-10 aprel tarixlərində Bakı Dənizkəna...