Eyni mənzili ayrı-ayrı şəxslərə satan MTK sədrindən XƏBƏR VAR

Eyni mənzili ayrı-ayrı şəxslərə satan MTK sədrindən XƏBƏR VAR
Eyni mənzili ayrı-ayrı şəxslərə satan mənzil tikinti kooperativinin sədri həbs edilib.

Bu barədə Sfera.az-a Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Star-M Mənzil Tikinti Kooperativinin vəzifəli şəxslərinin qanunsuz əməlləri ilə əlaqədar Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə daxil olmuş müraciətlər əsasında Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.
İstintaqla həmin MTK-nın təsisçisi və sədri, eyni zamanda ŞANS MTK-nın faktiki rəhbəri olmuş Məhərrəm Məhərrəmovun 2018-2021-ci illər ərzində rəhbərlik etdiyi kooperativlər tərəfindən inşa olunmuş yaşayış binalarında mövcud 17 mənzilin saxta müqavilə və maliyyə arayışlarının tərtib edilməsi yolu ilə 36 nəfər şəxsə, eləcə də satılması qanunvericiliklə qadağan edilmiş 7 qeyri-yaşayış sahəsinin mənzil qismində eyni üsulla 14 nəfər şəxsə satılmasına nail olaraq ümumilikdə vətəndaşlara məxsus 3 milyon 166 min manat məbləğində pul vəsaitini ələ keçirməsinə əsaslı şübhələr müəyyən edilib.

İş üzrə toplanmış kifayət qədər sübutlar əsasında Məhərrəm Məhərrəmova Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə tam, hərtərəfli və obyektiv istintaqın aparılması, digər təqsirli şəxslərin qanunsuz əməllərinin ifşa olunması, habelə vətəndaşlara vurulmuş maddi ziyanın ödənilməsinin təmin edilməsi istiqamətində tədbirlərin görülməsi davam etdirilir.
 

OXŞAR XƏBƏRLƏR

Eyni mənzili ayrı-ayrı şəxslərə satan MTK sədrindən XƏBƏR VAR

Eyni mənzili ayrı-ayrı şəxslərə satan mənzil tikinti kooperativinin sədri həbs edilib. Bu barədə Sfera.az-a Baş Prokurorluğun Mətbuat Xidmətindən məl...

Gəncədə məktəbli qız sinif yoldaşını bıçaqladı - TƏFƏRRÜAT/YENİLƏNİB

Gəncədə 9-cu sinif şagirdi məktəbli yoldaşına xəsarət yetirməsinin bəzi təfərrüatları məlum olub. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəsmisi Eşqi...

Müdafiə Nazirliyinin idarə rəisi həbs edildi - 3.5 milyonluq yeyinti

Sfera.az xəbər verir ki, Hərbi Prokurorluqdakı mənbənin "Qafqazinfo”ya verdiyi özəl məlumata görə, Müdafiə Nazirliyinin Satınalmalar və Təchizat İdarəsinin rəis...

Səfər Əbiyevin oğlu iş adamını məhkəməyə verdi - 200 minlik iddia

Keçmiş müdafiə naziri Səfər Əbiyevin oğlu Ruslan Əbiyevə məxsus "Erebus" şirkəti tikinti sektorunda fəaliyyət göstərən "Royal Holding"ə qarşı məhkəmə iddiası qa...

Bakıda küçədə məktəbli qıza sillə vuran şəxs saxlanıldı, cinayət işi açıldı - VİDEO

Sosial şəbəkələrdə ictimai qaydanı kobud surətdə pozaraq qadınlara (məktəbli qız) qarşı xuliqanlıq hərəkətləri törədən naməlum şəxs müəyyən olunaraq saxlanılıb....

Qayınanasını Əfsanə yox, sevgilisi öldürübmüş – Rəsmi açıqlama

Ağcabədidə qadının qohumu tərəfindən öldürüldüyü məlum olub. Bu barədə Sfera.az-a Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, 1...