Eyni anda həm qripə, həm də koronovirusa yoluxanlar xəstəliyi necə keçirir? - Açıqlama
13:56 / 11.02.2022
710
Son vaxtlar
koronavirusla yanaşı qrip xəstəliyinin də geniş yayıldığına şahidlik edirik.
Xüsusilə qripə yoluxan şəxslər bu xəstəliyi əvvəlki dövrlərə nisbətən daha ağır
keçirdiyini bildirir və bunu müxtəlif səbəblərlə əlaqələndirirlər.
Qripə yoluxanlarının
sürətlə artmasına və ağırlaşmalara səbəb nə ola bilər? Qrip və koronavirus bədəndə
eyni anda mövcud olub, ağırlaşmaya səbəb ola bilərmi?
Məsələ ilə bağlı Sfera.az-a
danışan infeksionist Nicat Əzimli qripə yoluxan insanlarda da ağırlaşmaların
ola biləcəyini deyib. Mütəxəssis buna səbəb olan faktorlardan danışıb:
"Bəzi şəxslər
koronavirusa yoluxduqları halda, bunu qəbullanmır və özünü qrip adlandırır. Lakin
qrip də müəyyən hallarda ağırlaşmalara gətirib çıxarır. Belə ki, orqanizm zəifdirsə,
xəstəlik müddətində ağırlaşma halları yaşana bilir. Koronavirusda yanaşı xəstəliklər,
yaşın çox olması, artıq çəki və digər problemlər ağırlaşmalara səbəb ola bilirsə,
digər infeksion xəstəliklərdə də müxtəlif səbəblər ağırlaşma yaradır. Qrip xəstəliyi
üçün də bu xarakterik haldır”.
İnfeksionist
koronavirusa və qripə eyni anda yoluxmanın ağırlaşma halları yarada bildiyini də
vurğulayıb:
Əzizə Zeynal