Əsir götürülən rus çağırışçıların sayı açıqlandı - İçlərində Qarabağdan gələnlər var

Əsir götürülən rus çağırışçıların sayı açıqlandı - İçlərində Qarabağdan gələnlər var
Ukraynada əsirlikdə olan 250-300 rusiyalı çağrışıçı əsgər var.

Sfera.az  Unian-a istinadla xəbər verir ki, bu barədə Feygin Live proqramının efirində Ukrayna prezidentinin Aparatının rəhbərinin müşaviri Aleksey Aretoviç məlumat verib.

"Onların neçəsinin əsirlikdə olduğunu deyə bilərəm - ən azı 250-300 nəfər var, yalnız çağırışçıları deyirəm”, deyə Aretoviç bildirib.

O, martın 9-da Kiyevdə əsir düşmüş çağırışçıların iştirakı ilə mətbuat konfransı keçirildiyinə diqqət çəkib.

"Çağırışçılar çox maraqlı şeylər danışdılar, 15-ci əlahiddə motoatıcı briqadanın kəşfiyyatçı-çağırışçıları, əvvəllər Suriyada döyüşüblər, Dağlıq Qarabağda olmuş və əvvəllər Donbasda döyüşmüş qondarma "sülhməramlılar". Suriya və Donbas haqqında və Ukraynadakı Suriya üsulları haqqında, şəhərləri mühasirəyə alanda və orduya qalib gələ bilmədiklərinə görə, indi Mariupolda olduğu kimi, əhaliyə qalib gəlməyə çalışırlar”, - Aretoviç bildirib.

Onun sözlərinə görə, Ukraynada nə qədər rusiyalı çağırışçının döyüşdüyünü söyləmək çətindir, lakin hərbi əməliyyatların getdiyi elə bir istiqamət yoxdur ki, belə hərbçilər olmasın.

Arestoviç hesab edir ki, Ukraynada müharibədə iştirak edən Rusiya ordusunun şəxsi heyətinin ən azı yarısı çağırışçılardır.

"Söhbət ondan gedir ki, burada mənim hesablamalarıma görə, ən azı 80-100 min çağırışçı var”, - Aretoviç bildirib.

O, həmçinin hesab edir ki, Ukraynada həlak olan rus əsgərlərinin yarısı da çağırışçılardır.
 
(qaynarinfo)

OXŞAR XƏBƏRLƏR

Hansı bürcdən olan qadınlar daha qəddardır? – Astroloqlar 3 bürcün adını çəkib

Astroloqlar qəddar qadınların daha çox hansı bürclərə aid olduğunu müəyyənləşdirib.  Sfera.az UNİAN-a istinadən xəbər verir ki, üç bürcün qadın nümay...

Əsir götürülən rus çağırışçıların sayı açıqlandı - İçlərində Qarabağdan gələnlər var

Ukraynada əsirlikdə olan 250-300 rusiyalı çağrışıçı əsgər var. Sfera.az  Unian-a istinadla xəbər verir ki, bu barədə Feygin Live proqramının efirində...

Rus tankları üzərindəki "Z" işarəsinin mənası nədir? - Sən demə...

"Canlı Qayıt” Fondu rus ordusunun hərflərlə işarələnməsinin mənasını açıqlayıb. Sfera.az axar.az-a istinadən xəbər verir ki, bu barədə fondun feysbuk səhi...

"Tərtər işi"nə görə həbs edilən zabit haqqında İNANILMAZ FAKTLAR

Bu gün "Tərtər işi”nə görə hərbçilərə işgəncə verənlərin həbs edilməsi ilə bağlı xəbər vermişik.   Sfera.az xəbər verir ki, Lent.az həmin işlə b...

Bakıya “İsgəndər” raketi atmaq əmrini kim verib? - ŞOK DETALLAR

Amerikalı analitikin sensasion iddiasına partiya sədri, deputat və politoloqdan maraqlı şərh "44 günlük Qarabağ müharibəsi zamanı Ermənistan hərbçiləri Ba...

İntim fotoları yayıldı, ruhi xəstə oğlunun ölümünü ondan gizlətdilər, “qoymayın ölüm” deyib imdad dilədi...

Bu gün Xalq artisti, bəstəkar Şəfiqə Axundovanın doğum günüdür. Sfera.az xəbər verir ki, Kulis.az bu münasibətlə bəstəkar haqqında 10 maraqlı faktı təqdim...