Sərhəddə təxribat – Erməni diversantlar Azərbaycana keçməyə çalışdı

Sərhəddə təxribat – Erməni diversantlar Azərbaycana keçməyə çalışdı
Aprel ayının 23-də saat 18:00 radələrində Azərbaycan-Ermənistan dövlət sərhədinin Zəngilan rayonu ərazisindən keçən hissəsində Ermənistan Silahlı Qüvvələrinin təxribat-diversiya qrupu tərəfindən Azərbaycan dövlət sərhədini keçməyə cəhd göstərilib.

Sfera.az xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi məlumat yayıb.

Bildirilib ki, dövlət Sərhəd Xidməti tərəfindən görülmüş tədbirlər nəticəsində təxribat-diversiya qrupunun Azərbaycan ərazisinə keçməsinin qarşısı alınıb və diversantlar geri çəkilməyə məcbur edilib.

Dövlət Sərhəd Xidməti bu hadisəni Ermənistan tərəfinin ölkələr arasında delimitasiya komissiyalarının yaradılması və müvafiq işlərin aparılmasına qarşı yönəlmiş təxribat kimi dəyərləndirir.

Ermənistan tərəfinin təxribatı ilə bağlı Rusiya Federasiyasının Federal Sərhəd Xidmətinin Ermənistandakı sərhəd idarəsinin nümayəndələri məlumatlandırılıb.
Dövlət Sərhəd Xidməti bəyan edir ki, belə hall bir daha baş verərsə tərəfimizdən daha ciddi tədbirlər görüləcəkdir.
 

OXŞAR XƏBƏRLƏR

Ağdamda rəis MİNAYA DÜŞDÜ

Bu gün Ağdam rayonu ərazisində minatəmizləmə əməliyyatı zamanı Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin Döyüş və xüsusi hazırlıq idarəsi...

Sumqayıtda zavodda partlayış: ölən var

Sumqayıtda zavodda qaz balonu partlayıb, ölən var. Bu barədə Sfera.az-a Sumqayıt Şəhər Prokurorluğundan məlumat verilib. Bildirilib ki, mayın 4-ü sa...

Ermənilər mövqelərimizi qumbaraatan və pulemyotlarla atəşə tutdu

Kəlbəcər rayonu istiqamətində mövqelərimiz atəşə tutulub. Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilir ki, mayın 1-i saat 13:40-...

Sərhəddə təxribat – Erməni diversantlar Azərbaycana keçməyə çalışdı

Aprel ayının 23-də saat 18:00 radələrində Azərbaycan-Ermənistan dövlət sərhədinin Zəngilan rayonu ərazisindən keçən hissəsində Ermənistan Silahlı Qüvvələrinin t...

Gəncədə sinif yoldaşını bıçaqlayan məktəbli saxlanıldı - TƏFƏRRÜAT

Gəncə şəhər Molla Pənah Vaqif adına 8 nömrəli tam orta məktəbdə sinif yoldaşını bıçaqlayan məktəbli qız saxlanılıb.   Sfera.az xəbər verir ki, Daxili İş...

İçərisində Azərbaycan vətəndaşları olan gəmi batdı

Tunisin Qabes şəhərinin limanı yaxınlığında ticarət gəmisi batıb. Sfera.az xəbər verir ki, bu barədə "Mosaique FM” radiostansiyası məlumat yayıb. Gəminin ...