Ermənistan müxalifəti İrəvanda körpünü bağladı

Ermənistan müxalifəti İrəvanda körpünü bağladı
Ermənistanın paytaxtı İrəvanda müxalifət tərəfdarları bu səhər saatlarında Kiyev körpüsünü bağlayıblar.

Sfera.az "Sputnik Ermənistan”a istinadən xəbər verir ki, aksiya iştirakçıları ölkənin Baş naziri Nikol Paşinyanın istefasını tələb etmək məqsədilə toplaşıblar.
İştirakçılar əraziyə bir neçə betonqarışdıran maşın və yük avtomobilləri gətirərək körpünü bağlayıblar.

Hazırda körpüdə hərəkət dayanıb, polislər maşınları yolun hərəkət hissəsindən kənara çəkməyə çalışırlar.

Bununla yanaşı, hüquq-mühafizə orqanlarının əməkdaşları aksiya iştirakçılarını saxlamağa başlayıb.

Xatırladaq ki, Ermənistan müxalifəti aprelin 25-dən Paşinyana qarşı aksiyalar təşkil edir.
 

OXŞAR XƏBƏRLƏR

"Boş yerə yorulmasınlar, cavabımız bəllidir" - Ərdoğandan sərt AÇIQLAMA

"Müttəfiqlərimizin həssaslığımızı anlamalarını, hörmət etmələrini və dəstəkləmələrini gözləyirik. Sərhədlərimizi terrora qarşı qorumaq kimi öhdəliyimiz var”. &...

Bakıda güclü YANĞIN - Ölən var - VİDEO + YENİLƏNİB

Bakı şəhəri, Yasamal rayonu, Çingiz Mustafayev küçəsində yerləşən üçmərtəbəli yaşayış binasında baş verən yanğın məhdudlaşdırılıb.   Fövqəladə Hall...

Türkiyənin “veto qərarı” Qərbi ŞOKA SALDI: Finlandiya ilə İsveç hansı addımı atacaq?

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Finlandiya və İsveçlə bağlı son açıqlaması dünya mediasında gündəm olub.   Sfera.az bildirir ki, Amerikanın "Wa...

Zelenski azərbaycanəsilli komandiri TƏLTİF ETDİ - FOTO

Ukrayna Prezidenti Volodimir Zelenski azərbaycanəsilli hərbçinin təltif olunması barədə sərəncam imzalayıb. Sfera.az-ın xəbərinə görə, bunu Ukraynanın Azərb...

NATO-dan Ərdoğanın çıxışına reaksiya: "Türkiyənin narahatlığı aradan qaldırılmalıdır"

NATO-nun baş katibi Yens Stoltenberq Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Finlandiya və İsveçlə bağlı açıqlamasına reaksiya verib.   Sfera.az bildir...

Ərdoğandan Qərbə NÖVBƏTİ ŞOK: Qəti mövqeyini elan etdi

Rəsmi Ankara Finlandiya və İsveçin NATO-ya üzv olmasına razı olmayacaq, çünki iki ölkə respublikanın terror təşkilatlarının üzvlükdə şübhəli bilinən şəxslərin e...