"Ermənistan anlamalıdır ki, sülh danışıqlarına alternativ ikinci bir çıxış yolu yoxdur"

Azərbaycan və Ermənistan rəhbərlərinin Brüsseldə keçirilmiş son görüşündə iki ölkə arasında münasibətlərin normallaşdırılması üzrə çox vacib razılaşmalar əldə olunmuşdu.

Aİ Şurasının prezidenti Şarl Mişelin təşəbbüsü ilə baş tutmuş danışıqlar zamanı aprel ayının sonunadək hər iki ölkə sərhədlərin delimitasiya və demarkasiyası üzrə işçi qrupları yaratmalı və XİN səviyyəsində Sülh Müqaviləsi üzrə danışıqlara başlamalı idilər. Lakin Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan belə bir işçi qrupunun hələ də yaradılmadığını bildirir, üstəlik Sülh Müqaviləsi üzrə Azərbaycan tərəfinə hansısa yeni təkliflərin təqdim olunmasından danışır. Onun öz müsahibəsində istinad etdiyi bu təkliflərin mətni hələlik açıqlanmayıb və ona görə də bu təkliflərin nə qədər konstruktiv olması haqqında fikir yürütmək çətindir.

Lakin son 30 il ərzində aparılmış danışıqların təcrübəsindən bizə yaxşı məlumdur ki, bu kimi addımlarda Ermənistan rəhbərliyi  həmişə konstruktivlikdən uzaq olub. Hətta zaman-zaman yüksək səviyyədə keçirilmiş danışıqlar zamanı hər hansı bir müsbət razılaşma oldqda belə, daha sonra Ermənistan rəhbərliyi  müxtəlif bəhanələrlə öz vədinə əməl etməkdən boyun qaşırıb. Bu dəfə də Ermənistanın Brüsseldə əldə olunmuş razılaşmalara əməl edib-etməyəcəyi hələlik sual altındadır.  

Amma alternativ yolun olmadığı da bəllidir. Hazırda Ermənistanda baş verən daxili toqquşmalar erməni cəmiyyətində ölkənin taleyi ilə bağlı ictimai-siyasi konsensusun olmadığını göstərir. Doğrudur, iqtidar və müxalifət qüvvələrinin qarşıdurmasındsa əsas məsələ ölkənin gələcək taleyi yox, siyasi hakimiyyətin əldə saxlanılması və ya əldə edilməsi kimi dar çərçivəli partiya maraqları durur. Bunun da bir çox səbəbləri var. Onların bir qismi müxalifətin gələcək taleyi ilə bağlıdır.  Ermənistan müxalifəti anlayır ki, Azərbaycan və Ermənistan arasında münasibətlərin  normallaşması, diplomatik münasibətlərin bərpa edilməsi iki ölkə arasında  real əməkdaşlığa gətirib çıxara bilər. Bu baş verərsə, hakimiyyətdə olduqları dövrlərdə törətdikləri çoxsaylı cinayətlərə görə təkcə Ermənistanın yeni rəhbərliyi qarşısında yox, həm də Azərbaycan dövləti qarşısında məsuliyyət  daşımalı olarlar. Buna görə də necə olursa olsun, siyasi hakimiyyəti ələ keçirmək  və iki ölkə arasında münasibətlərin normallaşmasının qarşısını almağa cəhd göstərirlər. Lakin tarixin geriyə dönüşü olmadığı kimi, keçmiş cinayətkar xuntanın da bir daha siyasi hakimiyyətə yiyələnmək imkanları yoxdur. Bunu 30 il ərzində yeni ərazilər qazanmaq və onları hər hansı bir yolla legitimləşdirmək xəyalı ilə yaşamış və sonda ümidləri puç olmuş erməni cəmiyyəti də artıq başa düşüb. 
 
Sülh danışıqlarına törədilən maneçilik, sərhədlərin delimitasiya prosesinin ləngidilməsi ilk növbədə Ermənistanda ictimai-siyasi sabitliyin və nəticə etibarilə ölkənin hansısa bir nöqtədən başlayaraq konstruktiv istiqamətdə inkişafının qarşısını alır. Ölkədə depopulyasiya prosesləri güclənir və qapalı iqtisadiyyat durğunluq bataqlığından çıxa bilmir. Ermənistan öz müstəqilliyini elan etdikdən sonra nəhayət özünü dünya birliyinin məsuliyyətli bir üzvü kimi aparmalı və anlamalıdır ki, belə bir çıxılmaz vəziyyətdə  sülh danışıqlarına alternativ ikinci bir çıxış yolu yoxdur. Əks halda işğal etdiyi torpaqları itirdiyi kimi, formal olaraq hələ 1991-ci ildə elan etdiyi dövlət müstəqilliyini də tamamilə itirə bilər.  
 

OXŞAR XƏBƏRLƏR

Rusiyanın YENİ OYUNU: Sərhəddə “Təmas qrupu” yaradılır?

Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası üzrə komissiyanın görüşləri baş tutmayıb.   Prezident İlham Əliyevin sözlərinə görə, İrəvan aprelin 29-d...

Ermənistandakı aksiyalardakı zorakılıqlara Qərb niyə səssiz qalır? - TƏHLİL

Ermənistanda etiraz aksiyaları davam edir. Bu gün səhər saatlarından etibarən vətəndaş itaətsizliyi aksiyaları intensivləşib. Etirazçılar vaxtaşırı küçələri bağ...

Azərbaycanda yeni Mərkəz yaradıldı - FƏRMAN

Prezident İlham Əliyev Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin yaradılması və fəaliyyətinin təmin edilməsi haqqında Fərman imzalayıb. ...

Türkiyə, Finlandiya və İsveç üz-üzə...- Yeni qarşıdurma yaranır?

Türkiyənin İsveç və Finlandiyanın NATO-ya daxil olmasına etiraz etməsindən sonra ortalıq bir qədər qarışmış kimi görünməkdədir. Ötən gün finlandiyalı millət vək...

Yenidən üçtərəfli görüş keçiriləcək? - "Qarşıdakı günlərdə Putin..."

"Kreml hətta indiki gərgin məqamda belə, Cənubi Qafqaza nəzarəti itirmək istəmir”.   Bunu Sfera.az-a açıqlamasında siyasi şərhçi Kənan Novruzov Rusiya xa...

İlham Əliyev türkiyəli naziri qəbul etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 19-da Türkiyənin kənd təsərrüfatı və meşəçilik naziri Vahid Kirişçinin başçılıq etdiyi nümayəndə heyəti...