Ermənistan 5 əsas prinsipi qəbul edib - Əliyev
11:25 / 29.04.2022
866
Azərbaycan Qafqazda sülhün və əməkdaşlığın yeni dövrünün tərəfdarıdır.
Sfera.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev "Cənubi Qafqaz: inkişaf və əməkdaşlıq” beynəlxalq konfransının iştirakçıları ilə görüşündə deyib.
Dövlət başçısı qeyd edib ki, konfrans zamanı onun iştirakçıları Azərbaycanın Qarabağın və Şərqi Zəngəzurun bərpası ilə bağlı planları ilə tanış olublar:
"Planlar genişmiqyaslıdır və biz onları büdcəmizdən maliyyə vəsaiti ayıraraq və beynəlxalq şirkətlərin dəstəyi ilə öz gücümüzlə həyata keçiririk”.